Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Pərvaz İbrahimli: “Çəkilişdən sonra Sibel Can mənə dedi ki…”

Pərvaz İbrahimli: “Çəkilişdən sonra Sibel Can mənə dedi ki…”

“O səs Türkiyə”nin ikinci turunda müsabiqəylə vidalaşan gənc xanəndə Pərvaz İbrahimli təəssüratlarını bölüşüb

O, növbəti mərhələyə keçmədiyi üçün üzülmədiyini söyləyib:

“Bu, yarışmadır, iki nəfərdən biri tərk etməliydi. Mehmanla əvvəldən də söhbətimiz olmuşdu. Biz bir otaqda qalırdıq. Demişdik ki, hansımız ələnsək, fərq etmir. Burada Azərbaycanı təmsil edirik, sən-mən söhbəti yoxdur. Seçimi də ədalətli hesab edirəm. Mən öz ifama cavabdehəm, ifamdan da razı qaldım. Bəzi iştirakçılar kimi haqsızlıq olduğunu deyə bilmərəm. Haqsızlıq da olmadı. Məqsədim o idi ki, yaxşı ifa göstərim, onu da göstərdim”.

P.İbrahimli “Sizcə, Mehman Tağıyevin ifasındakı hansı məqam Sibel Canın diqqətini çəkdi” sualını belə cavablandırıb:

“Mehman mahnını həqiqətən gözəl oxudu, bir çox qəşəng boğazlar elədi. Orada muğam tonları da var idi. Ancaq dəqiq deyə bilmərəm ki, Sibel Can ifalarımıza hansı aspektdən yanaşdı”.

Gənc xanəndə onu Türkiyədəki müsabiqəyə qatılmaqda ittiham edənlərə də cavab verib:

“İdmançılarımız əvvəlcə Azərbaycan çempionatında çıxış edirlər, sonra Avropa və dünya birinciliklərinə qatılırlar. Bu da həmin şeydir. Mən də Azərbaycanda bir çox müsabiqələrdə iştirak etmişəm, laureat olmuşam. İndi isə özümü beynəlxalq müsabiqədə sınamaq qərarına gəldim. Yəni, burada pis bir şey görmürəm”.

Gənc ifaçı müsabiqədən sonra Sibel Canın ona söylədikləri barədə də danışıb:

“Çəkilişdən sonra Sibel Can mənə dedi ki, nə zaman yolun Türkiyəyə düşərsə, sənə dəstək olmağa hazıram. Bu, mənimçün böyük uğurdur”.

Qeyd edək ki, müsabiqənin ikinci turunda azərbaycanlı iştirakçılar Mehman Tağıyev və Pərvaz İbrahimli yarışırdı. Sibel Can gözəl ifaya görə hər iki ifaçıya təşəkkür etsə də, sonda Mehman Tağıyevi seçib. (Ölke.az)

Həmçinin oxuyun

Prezident və birinci xanım Ağdam məscidində – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham …

Bir cavab yazın