Cümə , Aprel 26 2024
Ana səhifə / “Özüm-özümdən bezmişəm” – Röya

“Özüm-özümdən bezmişəm” – Röya

Müğənni Röya Ayxan “Onlar”a açıqlama verib.

“ Azinforum.az ” axşam.az-a istinadən xəbər verir ki, sənətçi özündən bezdiyini bildirib: “Mən uzağa gedəndə qədrimi yaxşı bilirlər. Adamlar bir yerdən uzaqlaşanda onu hiss etməyə başlayırlar. Məni hər zaman çox istəmək lazımdır. Çox başadüşülməz insanam. Səhər yaxşı əhvalla yuxudan oyanıram, 2 saatdan sonra başqa ab-havada oluram. Özüm-özümdən bezmişəm. Hər şeyi problem etməkdən, işlərə diqqətlə baxmaqdan yorulmuşam. Bəlkə də buna görə uğur qazanıram. Amma mən diqqəti ətrafımdakılardan gözləyirəm. Çalışıram hər zaman keyfiyyətli klip alınsın”.

R.Ayxan “Yerli məşhurlardan uğurunuza sevinən oldu” sualına isə belə cavab verib: “Mənə onların dəstəyi lazım deyil”.

Yeniliklərindən söz açan müğənni “Növbəti mahnım Emre Bayar bəstəsi olacaq” deyə, söyləyib.

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …

Bir cavab yazın