Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Ölənlərin sayı 717 oldu – Məkkədən dəhşətli görüntülər+Yenilənib

Ölənlərin sayı 717 oldu – Məkkədən dəhşətli görüntülər+Yenilənib

Məkkədə – Mina dağında bu gün baş verən izdihamda ölənlərin sayı 453-ə çatıb. Zəvvarların çoxu körpüdən yıxılaraq vəfat ediblər.

“Qafqazinfo” “Al Jazeera”yə istinadən xəbər verir ki, yaralıların da saytı artıb-719 nəfər.

Səudiyyə Ərəbistanının Vətəndaş Müdafiəsi Nazirliyinin məlumatına görə, ölənlərin əksəriyyəti Afrika ölkələrinin vətəndaşlarıdır.

İlkin məlumatlara görə, yaralılar arasında 10 Türkiyə vətəndaşı var.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, ölən və yaralılar arasında azərbaycanlılar yoxdur. Mina dağındakı hadisə azərbaycanlı zəvvarlar oradan ötüb keçdikdən sonra baş verib.

***

“Al Jazeera”nin məlumatına görə, ölənlərin sayı 717-yə, yaralıların sayı isə 805 nəfərə çatıb.

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın