Şənbə , Aprel 27 2024
Ana səhifə / “Oğurluq edirdim…” – Azərbaycanlı müğənnidən şok etiraf

“Oğurluq edirdim…” – Azərbaycanlı müğənnidən şok etiraf

ARB TV-nin efirində yayımlanan “Gəlin danışaq” verilişinin qonağı olan müğənni Emil Bədəlov maraqlı açıqlamalar verib.

Qafqazinfo” xəbər verir ki, ifaçı uşaqlığından və atasız böyüməyindən söz açıb:

“5 yaşımda atamı itirmişəm. Atam Namiq Bədəlov da musiqiçi olub. Anam bizi böyüdüb, həm analıq, həm də atalıq edib. Amma müəyyən məqamlar olub ki, atasızlığı hiss etmişəm. Bir bacı, bir qardaşıq. Bacım da ailəlidir. İlk qazancım avaraçılıqla olub sözün açığı. “Patpres” oğurlayıb satmışam. Bir dostum var idi, rəhmətə gedib, onunla edirdik. Boşluğuma düşüb etmişəm. 11-12 şirvana satırdıq. Günə 10-12 dənə oğurlayırdıq, 3 şirvana satırdıq. Buradan həmin adamlardan halallıq istəyirəm. Sonradan başa düşdüm ki, bu, düz yol deyil”.

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …

Bir cavab yazın