Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Nazirlik məktəblilərin yay tətilinin ləğvi məsələsinə aydınlıq gətirdi

Nazirlik məktəblilərin yay tətilinin ləğvi məsələsinə aydınlıq gətirdi

“Düşünmürəm ki, məktəblilərin yay tətili tamamilə ləğv olunsun”.“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, amma indidən bu barədə dəqiq fikir söyləmək mümkün deyil: “Hər şey vəziyyətin gedişatından asılıdır”.

Qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar martın 3-dən etibarən Azərbaycanın bütün təhsil müəssisələrində tədris dayandırılıb və tətilaprelin 20-dək davam edəcək.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …