Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Azərbaycanda dizel və Aİ-92 markalı benzin ucuzlaşa bilər — AÇIQLAMA

Azərbaycanda dizel və Aİ-92 markalı benzin ucuzlaşa bilər — AÇIQLAMA

İqtisadçı Qubad İbadoğlu koronavirusla bağlı fəsadların aradan qaldırılması üçün hökumətə təkliflərini verib. Azinforu.az-ın Pravda.az-a istinadla xəbərinə görə, Q.İbadoğlu deyib ki, xalq dövlət və özəl şirkətlərdən sosial məsuliyyət və güzəştlər gözləyir.

“SOCAR-Təbii qazın yuxarı tarifini ləğv et və yanacağın (Aİ-92 Benzin, Dizel, mazut) qiymətini ucuzlaşdır.

“Azərenerji”, “Azərişıq” ASC, elektrikin yuxarı tarifini ləğv et. “Bakinternet”, “Citynet”, KATV1, Ailə TV, “Connect”, “Azeurotel”, ATV+, “City Net”, Avirnet Ulduz Telekom və başqaları, internetin və kabel televiziyalarının keyfiyyətini yüksəlt, tariflərini endir. “Azercell”, “Bakcell”, “Narmobile”, tariflərə yenidən bax, internet paketləri hədiyyə et. Hesab edirəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu istiqamətdə özəl şirkətlərlə işlər aparmalıdır” – Q.İbadoğlu qeyd edib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …