Bazar , Sentyabr 22 2019
Ana səhifə / Nanənin ölümü haqda xəbərə – Reaksiya

Nanənin ölümü haqda xəbərə – Reaksiya

Bir neçə saat öncə tanınmış teleaparıcı Nanə Ağaməliyevanın avtomobil qəzasında dünyasını dəyişdiyi haqda məlumatlar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, qısa vaxt ərzində bu xəbərə bir sıra reaksiyalar gəlib. Prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə bu məlumata münasibət bildirərək, onun yalan olduğunu bildirib:

“Mən Nanəyə hörmət edirəm, amma etrafımdakı bəzi quyruq bulayanlara demək istəyirəm ki, öyrəşmisiz 100 manata kimlərisə piar eləməyə!!! Siz öləndə heç kim inanmayacaq yalandan gündəm xatirinə gör nələrə əl atırsız!!!

Kül başınıza o bəzi yalandan arvad kimi ağlayan kişiciklərə deyirəm. Nanə ölmüyüb, sağ-salamatdı. Qubada oteldə, “Porche”nin təqdimatındadı. Yalandan piara görə belə şeyə əl atmayın. Nanənin reklama ehtiyacı yoxdu, ay yazıqlar. Sizin özünüzün bəlkə reklama ehtiyacı var. Əsas da yalandan piar eləməyin ustadı. Şahin Cavadsoy, bu dəfə yalanın çıxdı. Bunda sonra çətin kimsə qələminə inanar. Sabah da o efirlərə möhtac olan müğənniniz haqqında yalandan xəbər yazarsan. Gör nə günə qalmısız, göz yaşlarınız yalandı!!!”

Qeyd edək ki, aparıcının ölümü haqda məlumatı 7news.az saytı yaymışdı.

Həmçinin oxuyun

Bakıda bu yol 10 ildən sonra açıldı – Video

Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, “Papanin” kimi tanınan ərazidə 10 ilə yaxındır bağlı olan yol …

Bir cavab yazın