Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Nəsimi rayonunda tibbi müayinə uğurla davam etdirilir – FOTOLAR

Nəsimi rayonunda tibbi müayinə uğurla davam etdirilir – FOTOLAR

Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanılıb. 
Bununla  əlaqədar  Nəsimi  rayon İcra Hakimiyyətindən Azinforum.az-a verilən məlumata görə, İH tərəfindən  aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafikləri tərtib olunub. 
Müvafiq qurumların da cəlb olunması ilə rayonda əhali arasında təşkilati-izahat işləri davam etdirilir:
“Ölkə başçısının verdiyi bu tapşırıq, Azərbaycanda  ümumiyyətlə butun vətəndaşlarımızın sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində rayon sakinlərinə xidmət göstərən poliklinikalarda tədbirin keçirilməsi üçün müvafiq şərait yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün evdə olan yataq xəstələrinin də müayinəsi məqsədi ilə  səyyar həkim briqadaları da təşkil olunmuşdur.
20 saylı şəhər poliklinikasında keçirilən tibbi müayinə zamanı Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci  müavini Gülarə Verdiyeva bildirmişdir ki, rayonda tibbi müayinənin keçirilməsi üçün  işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. Əhalinin tibbi müayinə tədbirləri ilə bağlı bütün hazırlıq işləri aparılmış, poliklinikalar lazımi dərman preparatları ilə təchiz olunmuş,  burada həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır.
Nəsimi rayonunda yerləşən özəl səhiyyə  müəssisələrində də Azərbaycan  Pespublikasının  Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının icrası ilə əlaqədar olaraq əhalinin tibbi müayinədən keçirilməsi işləri aparılır. 
Nəsimi rayon İcra Hakimiyyətində hazırlanmış tədbirlər planına uyğun olaraq 20 fevral 2019-cu il tarixdə Nəsimi rayonunda yerləşən  Bioloji Təbabət Klinikasında  əhalinin tibbi müayinəsi  təşkil edilmişdir.Tibb müəssisəsində sakinlər  əvvəlcə terapevt tərəfindən, sonra isə ehtiyaca uyğun olaraq ixisaslı həkimlərin iştirakı ilə oftalmoloq, ultrasəs və digər müayinələrdən keçirilmişlər.Rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılamışlar. Onlar poliklinikaların həkim heyəti, burada yaradılan şəraitdən razılıq etmişlər.  
Müayinədən keçən Nəsimi rayon sakinləri onların sağlamlığının qeydinə qaldığı üçün Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişdirlər”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …