Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Rusiyada azərbaycanlı kişi özündən yaşlı qadınla evlənmək istədi

Rusiyada azərbaycanlı kişi özündən yaşlı qadınla evlənmək istədi

Rusiyanın Bryansk vilayətində yaşayan Azərbaycan vətəndaşının 42 yaşlı sakinlə bağladığı nikah ləğv olunub.

Bu barədə “Novosti Bryanska” nəşri Bryansk prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Prokurorluğun bildirdiyinə görə, azərbaycanlı özündən yaşlı olan qadınla sevgi əsasında deyil, müvəqqəti yaşayış icazəsi almaq məqsədilə evlənib.

Nəzarət qurumu onlardan heç birinin və ya birinin ailə qurmaq istəmədiyini müəyyən edib. Bu isə Rusiya Federasiyasının Ailə Məcəlləsinə ziddir.

Prokurorluq VVAQ (Vətəndaş Vəziyyətləri Aktlarının Qeydiyyatı – red.) idarəsinin apardığı nikah qeydinin ləğv olunması ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə vəsatəti təmin edərək, nikahı ləğv edib. Onun yaxın zamanda Azərbaycana deportasiya ediləcəyi gözlənilir.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …