Cümə , İyul 19 2019
Ana səhifə / Aktual / Mişel Platini: “Məni heç nə dayandıra bilməz”

Mişel Platini: “Məni heç nə dayandıra bilməz”

“İnformasiyanın mənbəyi kimi FİFA göstərilir. Buna görə də, məsələ daha da ciddiləşir. Halbuki, Etika Komitəsi qərarını hələ rəsmi şəkildə açıqlamayıb. Buna baxmayaraq, məlumatı sızdırıblar”. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Mişel Platini deyib.

Dünya futbolunda yaranmış korrupsiya qalmaqalı ilə əlaqədar UEFA prezidenti M. Platini vəzifəsindən 3 ay müddətinə kənarlaşdırılıb. Bu barədə FİFA-nın Etika Komitəsinin Arbitraj Palatası qərar qəbul edib.

Bununla bağlı fikirlərini bölüşən Platini bildirib ki, yayılan informasiya onun reputasiyasını ləkələmək üçün atılmış addımdı. O, həqiqəti üzə çıxarmaq üçün sona qədər mübarizə aparacağını qeyd edib: “İnformasiyanın sızdırılması mənim imicimi ləkələmək üçün atılmış təhlükəli və qəbulolunmaz addımdı. Əgər yayılan xəbərlər düzdüsə, əsl həqiqəti aşkara çıxarmaq üçün məni heç nə dayandıra bilməz. Eyni zamanda, FİFA-nın Etika Komitəsinin bu araşdırmanı hansı səbəbdən apardığı açıqlanmalıdı”.

Qeyd edək ki, FİFA prezidenti Jozef Blatter də 90 gün müddətinə vəzifəsindən kənarlaşdırılıb. Onun barəsində korrupsiya ittihamı ilə cinayət işi başlanılıb. Bundan əlavə, FİFA-nın prezidenti postuna namizəd cənubi koreyalı Çon Mondjun isə 6 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.

Həmçinin oxuyun

“Neftçi” Moldova klubunu darmadağın etdi

“Neftçi” UEFA Avropa Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb. Paytaxt təmsilçisi buna Moldova “Sperantsa”sını I …

Bir cavab yazın