Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “MILLI TƏHLÜKƏSİZLİK NAZİRİ POSTUNA ƏN UYĞUN NAMİZƏD FUAD ƏLƏSKƏROVDUR”

“MILLI TƏHLÜKƏSİZLİK NAZİRİ POSTUNA ƏN UYĞUN NAMİZƏD FUAD ƏLƏSKƏROVDUR”

Azinforum.az xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında cərəyan edən hadisələrə göstərilən  diqqət digər vacib bir proses sayılan parlament seçkilərinə olan marağı özündən sonrakı plana keçirib. Mətbuatın ən ciddi müzakirə etdiyi məqamlardan biri də  MTN-nin yeni rəhbərinin kimin olacağı ilə bağlıdır. İndiyə kimi bu posta iddialılar arasında bir çox personaların adları hallanıb.  Ancaq ölkə başçısının heç kimin təxmin etmədiyi bir namizədi MTN-ə nazir əvəzi təyin etməsi başqa mülahizələrin ortaya çıxmasına rəvac verdi. Bəlli oldu ki, bu cür təyinatlarda gözlənilməzliklər daha çox ola bilir.

Azinforum.az xəbər verir ki, cəmiyyətdə ciddi hüquqşunas kimi tanınan  Qurban Məmmədov sosial şəbəkədə paylaşdığı statusunda MTN-nin yeni rəhbərinin kimin ola biləcəyi ilə bağlı  istəyini irəli sürüb:

“MT naziri postuna ən layiqli namizəd Ələsgərov Fuad Murtuz oğludur.

Fuad Ələsgərov prezidentə sədaqəti, təcrübəsi və nüfuzuna görə bu vəzifəyə ən uyğun namizəddir”.

Qeyd edək ki, MTN-ə yeni təyin olunan 1-ci müavin Mədət Quliyevin Fuad Ələskərovla çox yaxın münasibətə malik olduğu bildirilir. Bu baxımdan da, hörmətli Qurban Məmmədovun ehtimala söykənən istəyinə inandırıcı və mümkün olan  versiya kimi baxmaq olar.

M.MİRZƏ

AZİNFORUM.AZ

qurb

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın