Cümə , Aprel 26 2024
Ana səhifə / Meyxanaçı qardaşlar Nazarbayevin evində “Tı kto takoy…” deyəcək

Meyxanaçı qardaşlar Nazarbayevin evində “Tı kto takoy…” deyəcək

Qazaxıstan prezidenti Nursultan Nazarbayev “Tı kto takoy, davay dosvidaniya” adlı meyxana ilə məşhurlaşan İntiqam və Ehtiram Rüstəmov qardaşlarına ailə üzvünün ad günü mərasimində iştirak etmək üçün dəvət göndərib.

Bu barədə azvision.az-a Ehtiram Rüstəmov məlumat verib.

“Nursultan Nazarbayevin ailəsində ad günü məclisi var və bizi də ora dəvət ediblər. Mərasim bir aydan sonra keçiriləcək. Tədbirə bizimlə yanaşı Rusiyanın tanınmış sənət adamları da çağırılıb. Ümumiyyətlə, istəyirik gələcəkdə qazax dilində də meyxana yaradaq. Orada bizi çox istəyirlər” – deyə E.Rüstəmov bildirib.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın