Cümə , Aprel 26 2024
Ana səhifə / Metroda gediş haqqı artırılır?

Metroda gediş haqqı artırılır?

Azərbaycan manatının ucuzlaşmasından sonra bır sıra dövlət şirkətlərinin maliyyə vəziyyəti xeyli pisləşib. Onların arasında “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) xüsusilə fərqlənir. Kredit borcu əsasən valyuta ilə olan və xaricdən dövlət təminatı ilə ən çox kredit götürən “Azərenerji” ASC-i manatın devalvasiyasından sonra özünəməxsus maliyyə vəsaitləri hesabına borc öhdəliklərini yerinə yetirə bilməyəcək.

Bu barədə iqtisadçı-alim Qubad İbadoğlu açıqlama verib. Onun sözlərinə görə, şirkətin sürətlə artan investisiya öhdəlikləri (4 milyard dollardan çox) və vergi borcları (1 milyard dollaradək) onun hazırkı situasiyada maliyyə sabitliyini daha pisləşdirib, ödəmə qabliyyətini aşağı salıb.
“Şirkətin istehsal etdiyi məhsulun maya dəyərinə yanacaq, maşın və avadanlıqlar xərcləri əhəmiyyətli paya malikdir. Belə ki, “Azərenerji” ASC-də yanacaq xərcləri şirkətin əməliyyat xərclərinin təqribən yarısını təşkil edir. Əgər “Azərenerji” ASC-yə ARDNŞ-in satdığı qazın qiymətlərində ucuzlaşma baş verməzsə və onun kreditor borcları dövlət büdcəsi hesabına bağlanmazsa, “xərclər-plyus” mexanizmi ilə tariflərin müəyyənləşdirməsinə keçilməyəcəyi təqdirdə şirkətin defolt olması ehtimalı getdikcə artır. Vəziyyətdən çıxmaq üçün mümkün yolların hər biri müxtəlif səviyyəli sosial risklərə malikdir. Birinci yol kreditor borclarının büdcədən qarşılanmasıdır. Lakin neft qiymətləinin kəskin ucuzlaşması səbəbindən proqnozlaşdırılan gəlirlərin yarısına belə malik olmayan Dövlət Neft Fondunun dövlət büdcəsinə transfer öhdəliklərində yaranan çətinliklər fonunda büdcə xərclərinin artımı deyil, ixtisarı daha çox ehtimal olunur. İkinci yol isə enerji tariflərinin “xərclər-plyus” mexanizmi ilə tənzimlənməsidir. Bu sistemə keçid elektrik enerjisininin qiymətləinin bahalaşmasını şərtləndirir” – deyə Qubad İbadoğlu bildirib.
İqtisadçı-alimin sözlərinə görə, bundan başqa “Bakı Metropoliteni” və “Azərbaycan Dəmir Yolları” QSC-də sərnişinlər üçün gediş haqqının bahalaşması baş verə bilər: “Bu yol sosial baxımdan daha riskli olsa da hökümətin hazırkı maliyyə durumunda daha real görsənir. Odur ki, elektrik enerjisinin qiymətinin bahalaşması labüddür və Tarif Şurasından belə qərarı istənilən anda (daha çox ehtimal olunan yay aylarında) gözləmək mümkündür. Amma hökumət onu da nəzərə almalıdır ki, ərzaq xərclərinin bahalaşdığı indiki dövrdə bir çox ailələr hətta hazırkı tariflə elektrik enerjisini ödəməkdə belə çətinlikərlə qarşılaşırlar” (ANS PRESS).

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın