Ana səhifə / Yanukoviçin oğlunun ölməsi xəbəri ciddiləşir

Yanukoviçin oğlunun ölməsi xəbəri ciddiləşir

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin kiçik oğlu, martın 20-də öz maşını ilə göldə bataraq öldüyü deyilən Viktor hələ bir il əvvəl öz soyadını “Davıdov”a dəyişmək istəyib. Musavat.com-un məlumatına görə, bu barədə “Levıy bereq” nəşri Yanukoviç ailəsinə yaxın mənbəyə istinadən xəbər yayıb.
Bildirilir ki, 33 yaşlı kiçik Viktor Yanukoviç Rusiyada təhlükəsizlik məsələsinə görə soyadını dəyişməkdən ötrü sənədlərini müvafiq orqana verib. Ancaq hüquqi prosedur başa çatıbmı, dəqiq bəlli deyil.
Xatırladaq ki, Rusiya MTN-i ölənin Viktor Davıdov olduğunu əsas götürərək, onun Yanukoviç olmadığını bəyan eləmişdi. Bundan az sonra isə qəza haqda xəbəri ümumiyyətlə, öz saytından silmişdi.
Qeyd edək ki, Viktor Yanukoviçin nənəsi məhz Davıdova familiyasını daşıyıb.

Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …

Bir cavab yazın