Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Aktual / MEHRİBAN ZEYNALOVA ERMƏNİ MƏTBUATINDA ADININ HALLANMASINA SƏRT REAKSİYA  VERDİ…

MEHRİBAN ZEYNALOVA ERMƏNİ MƏTBUATINDA ADININ HALLANMASINA SƏRT REAKSİYA  VERDİ…

Ermənistan Azərbaycanla yalnız hərbi sahədə müharibə aparmır. Bu aramsız mücadilə həm də – diplomatiya, informasiya sahəsində davam etdirilir. Aydındır ki, biz düşmən mətbuatını izləməliyik, ancaq onların hər yazdığına da inanmamalıyıq. Həmçinin, jurnalist kimi erməni mətbuatının yaydığı dezinformasiyaları  ifşa etməyə səy göstərməliyik. Ancaq bəzən ermənilər xislətlərinə uyğun  olan hiyləgər taktikalardan istifadə edirlər.  Həmin üsullardan bəlli olur ki, onlar yalnız bizim  rusdilli mətbuatımızı deyil, eyni zamanda, oxucu auditoriyası elə də böyük olmayan saytlarımızı belə izləyirlər.

Yerli ekspertlərimizin səsləndirdiyi fikirləri arxivlərində saxlayırlar və  vaxtı gələndə həmin nyuansları aidiyyəti olan və olmayan məsələlərə əlavə edirlər. Necə deyərlər, özümüzü öz əlimizlə vurmaq istəyirlər, yaydıqları yalan məlumatları daha da inandırıcı etməyə cəhd göstərirlər. Hesab edirik ki, bizim mətbuatla sıx əlaqəsi olan ekspertlərimiz  bunun fərqinə ciddi varmalıdırlar. Onlar səsləndirdiyi istənilən fikirdə bu cəhəti mütləq nəzərə almalıdırlar ki, bildirdikləri münasibət yalnız daxili auditoriya üçün deyil. İnternetin verdiyi imkanlar həmin statistika və ya fikirləri düşmənlərimiz üçün də əlçatan edir. İndisə keçək mətləbə…

 

fa1

 

Ermənistanın üç dildə yayinlanan tanınmış informasiya portalı olan Panorama.am saytında maraqlı bir  materiala rast gəldik.  Sayt Krımda tutulan bir neçə faişənin azərbaycanlı olduğunu iddia edərək ölkəmizi bu “qədim peşəni ” transfer etməkdə ittiham edir. Çox maraqlıdır ki, sonra Azərbaycanın qadın problemləri ilə məşğul olan tanınmış ekspertləri – Mətanət Əzizova və Mehriban Zeynalovadan müəyyən sitatlar gətirir.  Bir növ  sərsəm iddialarını bizim xanım ekspertlərin dili ilə rəsmiləşdirmək istəyirlər.  Azinforum.az məsələnin ciddiliyini nəzərə aldığı üçün hər iki xanım ekspertlə əlaqə saxlayıb.

 

matanat

 

Bir faktı da nəzərə alaq ki, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova 2 ildir ki, ölkə hüdudlarından kənarda yaşayır.  Biz həmin  müddətdə onun qadın problemlərinə dair müsahibələrinə də rast gəlmirik. Onda belə məntiq yaranır ki, ermənilər xanım ekspertimizin mövzuya aidiyyəti olmayan köhnə fikirlərinə istinad ediblər və ya təhrifə yol veriblər. Mətanət Əzizovanın məsələyə münasibəti maraqlı oldu və o, adından səslənən fikirlərə etiraz etmədi:

“Yazsınlar da, demək ki,  məni və Azərbaycan mətbuatını yaxından izləyirlər!”

 

fa2

 

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın isə reaksiyası sərt oldu: “Ermənilər qələt edir, başlarını da daşa döyür ki, mənim adımı hallandırır. Mən millətimin faişəsinin də təsibini onlara vermərəm. Nə Krım məsələsi, nə də Azərbaycanıın faişə ixrac etməsi ilə bağlı heç  yerdə münasibət bildirməmişəm. Mən Vətənimi və millətimi sevən adamam. Onlar bizim düşmənlərimizdi. Bizə istənilən böhtanı ata bilərlər. Çox sağ olun ki, sizin kimi jurnalistlər belə məqamları tapıb ifşa edir”.

Rövşən ƏLİ

Azinforum.az

 

Həmçinin oxuyun

“Şəhidlərə qarşı olan bu biganəlik, cəmiyyətə qarşı biganəlik kimi qəbul olunur” – AMİP

Azərbaycan Milli İstiqlal Partiyasının Bəyanat yayıb. Bəyanatda deyilir: “Artıq bir müddətdir ki, övladlarının şəhərdən çox …

Bir cavab yazın