Şənbə , Aprel 27 2024
Ana səhifə / Mənsum İbrahimovdan Canəli Əkbərova sərt CAVAB: “Mənəviyyatını göstərir”

Mənsum İbrahimovdan Canəli Əkbərova sərt CAVAB: “Mənəviyyatını göstərir”

Xalq artisti Mənsum İbrahimov həmkarı Canəli Əkbərovun onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. M.İbrahimov Modern.az-a açıqlamasında deyib ki, indiyədək Canəli Əkbərova qarşı ən kiçik hörmətsizlik belə, etməyib:

“Biz münsiflər olaraq – Arif Babayev, Səkinə İsmayılova, Əlibaba Məmmədov, Sərdar Fərəcov sadəcə fikir bildirmişik. Biz nə onu təhqir etmişik, nə də artıq söz demişik. Biz ümumi olaraq Canəli Əkbərovun qeyri-obyektiv olduğunu demişik. Axı həm də münsifi biz seçmirik. Mən indiyədək 5 müsabiqədə münsif olmuşam. Bu müsabiqəyə məni Heydər Əliyev Fondu dəvət edib. Mən özbaşına orada münsif olmamışam. Bu da işlərim, xidmətlərim sayəsində baş verib”.

Mənsum İbrahimov Canəli Əkbərovun sərgilədiyi davranışı onun mənəviyyatının göstəricisi kimi dəyərləndirib:

“İşlətdiyi təhqiramiz ifadələri Canəli Əkbərova yaraşdırmadım. Nə insan, nə də xalq artisti olaraq. Onun barəsində təhqirlər işlətdiyi insanlar ömürlərini sənətə həsr ediblər. Mən hesab edirəm ki, o, yaşlı adamdır və əsəbləri yerində deyil. Çünki dediklərinə başqa cür anlam verə bilmirəm. Sadəcə ayıbdır. Qaldı ki, etdiyi təhqirlərə, bu, onun mənəviyyatının göstəricisidir. Əlavə də nəsə demək istəmirəm. Heç vaxt da onun barəsində təhqir işlətməmişəm. İndi də işlətməyəcəm”.

M.İbrahimov, C.Əkbərovun onun hərbi xidmətdən yayınması ilə bağlı fikirlərini absurd adlandırıb:

“Biz yeddi qardaşıq. 3 qardaşım Qarabağ əlilidir, 3 qardaşım da Qarabağ veteranıdır. Mən özüm hər ay cəbhə bölgəsindəyəm. “Aprel döyüşləri”nin səhəri günü mən Ağdamdaydım. Mən cəbhədən qaçan adam deyiləm. Mənim valideynlərim, yaxınlarım cəbhə bölgəsində yaşayırlar. Bundan başqa, xalq hamını yaxşı tanıyır. Mən heç vaxt qalmaqala qarışmamışam, sənətimlə məşğul olmuşam. Mənim müəllimliyim, opera sahəsindəki fəaliyyətim də göz qabağındadır”.

Azərbaycanda neçə illərdir keçirilən Muğam televiziya müsabiqəsinə yenidən start verilib. Amma budəfəki müsabiqənin münsiflər heyətilə bağlı mübahisəli məqam yaranıb.
Belə ki, xalq artisti Canəli Əkbərov müsabiqənin münsiflər heyətinin tərkibinə qatılmaq istəsə də, digər münsiflər – xalq artistləri Mənsum İbrahimov, Səkinə İsmayılova, Arif Babayev, Əlibaba Məmmədov, Sərdar Fərəcov ona etiraz ediblər. Bildiriblər ki, Canəli Əkbərova münsiflər arasında yer verilsə, aləm qarışacaq, ifaçılara qarşı qərəzli çıxışlar edəcək, tez-tez dava düşəcək.
Qeyd edək ki, mərhum xalq artisti Ağaxan Abdullayev vəfat etdiyindən Muğam televiziya müsabiqəsinin münsiflər heyətində bir yer boşalıb.
Canəli Əkbərov Modern.az saytı və “Qafqazinfo”ya müsahibələrində Mənsum İbrahimov haqqında xoşagəlməz ifadələr işlədib. O, Mənsum İbrahimovu hərbi xidmətdən yayınmaqda da ittiham edib.

Azinforum.az bildirir ki, son vaxtlar Canəli Əkbərovun adı müxtəlif qalmaqallarda hallanır. Bu müddət əvvəl, sosial şəbəkələrdə  onun dərs keçdiyi zaman özünü necə  masaj etdirməsini əks etdirən videomaterial yayılıb.

3-cü Respublika muğam müsabiqəsinin başlandığı gün xalq artisti, professor Canəli Əkbərovun “Dərsdə masaj” videogürüntüsü internet portallarında yer aldı və böyük səs-küyə səbəb oldu. Bildirək ki, yayılmış videoda Canəli Əkbərov özünü xanım tələbəsinə masaj etdirir.

can

Bununla bağlı AzNews.az-a açıqlama verən xalq artisti Canəli Əkbərov bu videonun yayılmasında düşmənlərinin əli ilə olduğunu iddia edib: “Bu video mənim heç vecimə də deyil. Qoy olsun, bu alçaq adamların işidir. 4 il bundan əvvəl olan məsələdir. Guya o videoda nə var? Camaatı saunada görürlər, danışmırlar. Onunla mənə heç nə edə bilməyəcəklər”.

Qeyd edək ki, xalq artisti Canəli Əkbərovun Firuzə İbadova ilə çəkilmiş görüş kadrları da yayılan materiallar içərisindədir. Canəli Əkbərovun Beynəlxalq Muğam Festivalının müsifləri haqda səsləndirdiyi kəskin və qeyri-etik ifadələrə sosial şəbəkə istifadəçiləri Canəli Əkbərovun etik normalara və xalq artisti adına yaraşmayan video və foto görüntülərini yaymaqla cavab verirlər.

Hətta sosial şəbəkələrdə belə fikirlər də yayılır ki, Canəli Əkbərov davranışları ilə daha çox masajçıların münsifi olmağa layiqdir, nəinki muğam ifaçılarının.

Azinforum.az həmin videonu təqdim edir.

 

https://www.youtube.com/watch?v=ubq9oLSScT8

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …

Bir cavab yazın