Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi barəsində cinayət işi başlanıb – Yeyinti ittihamı

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi barəsində cinayət işi başlanıb – Yeyinti ittihamı

Salyan rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Toğrul Cavadov barəsində cinayət işi başlanıb.

ONA-nın əldə etdiyi xəbərə görə, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nazirliyi Xidmətinin müfəttişliyi tərəfindən Salyan rayon Mədəniyyət və Turizm Şöbəsində aparılmış yoxlamalarla müəyyən edilib ki, dövlət büdcəsindən ayrılan vəsaitlər təyinatı üzrə xərclənməyib. Eyni zamanda müəyyən edilib ki, şöbənin müdiri T. Cavadov tərəfindən iş həcminin şişirdilməsi hesabına artıq əmək haqqı ödənişləri edilib.

Buna görə də T. Cavadova qarşı istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə T. Cavadov barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …