Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların formatının dəyişdirilməsi ədalətsiz olardı.
Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.
O
qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatında
Ermənistanın Baş naziri Nikol Paşinyanın vasitəçilik prosesi formatının
dəyişdirilməsi barədə müraciəti qəbul edilməyib:
“Həmsədrlərin
bəyanatı tərəfləri vicdanlı danışıqları ən yüksək siyasi səviyyədə daha
çox davam etdirməyə, münaqişənin nizamlanması üçün mümkün çərçivə
sazişinin “Əsas prinsiplərini” qəbul etməyə çağırır. Minsk qrupu
formatının dəyişdirilməsi ədalətsiz olardı”.
Daha
sonra M.Brayza əlavə edib ki, son bəyanat ATƏT-in və Minsk qrupu
həmsədrlərinin Azərbaycan və Ermənistan rəhbərliklərinə çərçivə
sazişinin müəyyən olunmasında kömək göstərdiyini nümayiş etdirir:
“Minsk
qrupunun bu bəyanatında həmsədrlər Prezident İlham Əliyev və Baş nazir
Nikol Paşinyanın görüşünü alqışlayır. Ona görə də həmsədrlərin son
bəyanatında qeyri-adi və ya yeni bir şey yoxdur”.
Minsk
qrupunun keçmiş həmsədri əlavə edib ki, Azərbaycan və Ermənistan
rəhbərlikləri həmsədrlərin “Əsas prinsiplərə” sadiq olmaq çağırışına
əməl etsə, qarşılıqlı etimad münasibətlərini inkişaf etdirsə, xüsusilə
də öz vətəndaşlarını sülhə hazırlamaqda davam etsələr, danışıqlarda
irəliləyiş daha çox nəzərə çarpacaq:
“Amma
hələlik iki ölkə rəhbərliyinin qarşılıqlı etimad səviyyəsini bərpa
edib-etməyəcəyi və bu irəliləyiş üçün vacib çətin siyasi kompromislərə
gedib-gedə bilməyəcəkləri məlum deyil. Bunun üçün ABŞ, Fransa və Rusiya
prezidentləri tərəfindən təşviq bu prosesə yardım edə bilər”.
Ana səhifə / Siyasət / Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar formatının dəyişdirilməsi ədalətsiz olardı – Metyu Brayza
Həmçinin oxuyun
Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …