Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Məcburi köçkünlərin yaşadığı binada yanğın baş verib – VİDEO

Məcburi köçkünlərin yaşadığı binada yanğın baş verib – VİDEO

Bərdə rayonu ərazisində məcburi köçkünlərin məskunlaşdığı çoxmənzilli binada yanğın baş verib.
Hadisə bina 4, mənzil 23-də – Vahid Əhmədova məxsus evdə qeydə alınıb. Yanğın başlayan zaman evdə heç kim olmayıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Bərdə Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi alovun qarşısını alıb. Binanın sakinləri təxliyyə olunublar. Həkimlər tərəfindən onlara tibbi yardım göstərilib.
İlkin ehtimallara görə, yanğın evdəki suqızdırıcıda baş verən qısaqapanmadan yaranıb. Evin hamam hissəsinin qapısı və tavanı yanıb. Hadisənin başvermə səbəbləri araşdırılır, dəyən ziyanın həcmi dəqiqləşdirilir (Region TV).

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın