Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Ləğv edilmiş MTN-in Baş İdarə rəisinin cinayət işi məhkəməyə göndərilib

Ləğv edilmiş MTN-in Baş İdarə rəisinin cinayət işi məhkəməyə göndərilib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Əks-kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Ədalət Hüseyn oğlu Əsədullayevin barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi məhkəmənin sədri Həbib Həsənovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 15-ə təyin edilib.

Qeyd edək ki, Ə.Əsədullayev MTN ləğv olunandan sonra sərəncama götürülüb. General ötən il həbs edilib və ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham verilib. Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onu da əlavə edək ki, bundan əvvəl Ə.Əsədullayevin adı “MTN işin”də şahid qismində keçib

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …