Cümə , Oktyabr 30 2020
Ana səhifə / Könül Kərimova: “Qızımın ərini özüm seçmişəm” – VİDEO

Könül Kərimova: “Qızımın ərini özüm seçmişəm” – VİDEO

“Qızı özbaşına qoysan, yal halvaçıya gedər, ya zurnaçıya”
“ARB Ulduz”da yayımlanan “Şou Məkan” verilişinin növbəti qonağı müğənni Könül Kərimova olub.
Hər zaman səmimi söhbətləri, öyrəşdiyimiz uzun, sarı saçları ilə diqqətləri üzərinə çəkən Könül Kərimova bu il nəhayət ki, qızını nişanlandıracağını eksklüziv olaraq bizimlə bölüşdü.
“Xoruz ilinə çox ümidlə başlamışam. Ötən il mənim üçün o qədər düşərli olmadı. Sadəcə ilin sonunda evimizdə bir şadyanalıq oldu. Ancaq bu il ümidlərim daha çoxdur”.
Könül xanım yaxın günlərdə evində şadyanalığın olacağını da ilk dəfə Şou məkanla bölüşdü.
“Yaxın günlərdə xeyir iş gözlənilir. Qızımızı yola salmağa hazırlaşırıq. “Hə” sini vermişik. Nişanı, xınayaxdısı olacaq. El adəti ilə nə lazımdırsa, o da olacaq”.
Öz hökmünü qoyan ana kimi, müğənni kürəkənini də özü seçib, bəyənmə məsələsini isə qızına buraxıb.
“Bizdə adət-ənənə o cür deyil ki, övlad istəyən olmalıdır. Əlbəttə ki, valideynin də razılığı mütləqdir. Bizdə 50/50-yədir. Qəribədir ki, ilk mənim seçimim, istəyim olub. Ancaq qızımız razılaşmırdı. Sonra zaman keçdi, qızımız razılığa gəldi. Nə oğlanı, nə də qızı yaxınlaşdıra bilmirdik. Təsadüfən qohumlardan birinin məclisində üz-üzə gəldilər. Biz qaldıq qıraqda. Eşitdik ki, bir-birini bəyəniblər. Bizə də xoş oldu. Bayaqdan biz də elə bunu istəyirdik də”.
Evlənmə zamanı valideynin fikrini, seçimini mütləq sayan Könül Kərimova qızı özbaşına buraxmağın tərəfdarı deyil. Üstəlik qızını evləndirdikdən sonra hətta oğlunu da şadlıq təşkil etməyi düşünür.
“Biz də belə ailə qurmuşuq. Valideynlərim mənim öz istəyimə buraxmayıblar. Düzdür, mənim də istəyim olub. Ancaq əvvəlcə onların fikri gəlib. Qızı özbaşına qoysan, yal halvaçıya gedər, ya zurnaçıya. Oğlum demişkən, 50/50-yə. Qızımızı yola salaq, sonra gəlnimizi gətirək”.
İfaçı 2017-ci ildə bir arzusunu da reallaşdırmaq niyyətindədir. Müğənni uzun fasilədən sonra sevənləri ilə bir araya gəlib konsert vermək istəyir.
“İnşallah çox böyük arzusundayam ki, solo konsert verim. Allah qismət eləsin, bu il həyata keçirək”.
Qeyd edək ki, “ARB Ulduz”  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.

Həmçinin oxuyun

Ermənistan 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda …

Bir cavab yazın