Bazar ertəsi , May 6 2024
Ana səhifə / Keçmiş sevgilisi Rəqsanədən 300 min dollar tələb edir

Keçmiş sevgilisi Rəqsanədən 300 min dollar tələb edir

Azərbaycan Ali Məhkəməsində Faiq Azayevin müğənni Rəqsanə İsmayılovaya qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. 
Ali Məhkəmə Nizami Rayon Məhkəməsinin aktını qüvvədə saxlayıb.

Rəqsanə İsmayılovanın vəkilləri Xaliq Bağırov və Cavad Cavadov məhkəmə qərarına münasibət bildirməyib.

Qeyd edək ki, F.Azayev R.İsmayılovanın ona vurduğu maddi ziyanın ödənilməsini istəyir. Tələb olunan pulun nə qədər olduğu açıqlanmasa da, təxminən 300 min dollara yaxın vəsaitdən söhbət getdiyi bildirilir.

Nizami Rayon Məhkəməsi F.Azayevin müğənniyə qarşı iddiasını qismən təmin edib. Bakı Apellyasiya Məhkəməsi isə rayon məhkəməsinin qərarını dəyişdirib.

Mətbuatda Faiq Azayevlə Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu yazılıb.

Həmçinin oxuyun

Cəmiyyətin ictimai iqtisadi sistemə uyğun etik təşkili problemi barədə həyəcan təbili

Öncə qeyd etməliyəm ki, mən kapitalizmi əxlaqi ictimai , iqtisadi formasiya hesab etmirəm. Görkəmli alman …

Bir cavab yazın