Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / İcra başçısı 700 bal toplayan qıza maşın verdi- Foto

İcra başçısı 700 bal toplayan qıza maşın verdi- Foto

Azərbaycanda icra başçısı 700 bal toplayan tələbəyə maşın hədiyyə edib.

Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Məlumatda bildirilir ki, Zaqatala icra başçısı Mübariz Əhmədzadə rayon tarixində ilk dəfə ali məktəbə keçirilən imtahanlarda 700 bal toplayan Asya Mamudovaya avtomobil hədiyyə edib.

Zaqatala İcra hakimiyyətindən “Qafqazinfo“ya verilən məlumata görə, icra baçısı bir neçə il əvvəl rayonu təmsil edən abituriyentlərə söz verib ki, kim 700 bal toplasa ona maşın hədiyyə olunacaq: “Bu gün həmin maşın 700 bal toplayan Asya Mamudovaya təqdim olundu”.

Qeyd edək ki, Mahmudova Asya İdris qızı Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasına qəbul olub.

 

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın