Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “İstintaq yanğının səbəbini müəyyənləşdirəcək” – Kəmaləddin Heydərov

“İstintaq yanğının səbəbini müəyyənləşdirəcək” – Kəmaləddin Heydərov

“Bu obyektdə ilk dəfə yanğın baş verəndən sonra xəbərdarlığımıza məhəl qoymayaraq, təmir-quraşdırma işləri bitmədən, obyekt tərəfimizdən və yerli icra hakimiyyəti tərəfindən qəbul edilmədən burda yeni mallar qəbul olunub və sahibkarlara şərait yaradılıb”.

“Report” xəbər verir ki, bunu Binəqədi rayonundakı “EuroHome” tikinti materialları bazarındakı yanğın baş vermiş əraziyə gələn Fövqəladə Hallar naziri Kamaləddin Heydərov deyib.

Nazir bildirib ki, hüquq-mühafizə orqanlarına müraciətlər göndərilib və istintaq yanğının başvermə səbəblərini müəyyənləşdirəcək: “Bu sahibkar nə dərəcədə məsuliyyətsizdir ki, şəxsi obyektini bu cür təhlükəli şəraitdə işlədir. Bundan ən çox zərər çəkən isə obyektin sahibi və sahibkarlar olur. Ona görə də mənə belə gəlir ki, bu hadisədən sonra, obyektlə bağlı hüquq-mühafizə orqanları daha ciddi tədbir görəcəklər, layiqli cəza veriləcək. Ona görə də hər bir tapşırığa, verilən göstərişlərə hər kəs əməl etməlidir”.

Nazir onu da vurğulayıb ki, yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının səyi nəticəsində qısa müddətdə söndürülüb.

Qeyd edək ki, dünən axşam saatlarında Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.

Yanğının söndürülməsi işləri ilə yanaşı, nazirliyin qüvvələri həm də bazarda olan tikinti materiallarının yanğından mühafizə məqsədilə yanğın ərazisindən kənarlaşdırılmasını həyata keçirib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …