Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Zakir Qaralov vəzifədən getdi, “Akkord”da oyunlar başladı

Zakir Qaralov vəzifədən getdi, “Akkord”da oyunlar başladı

“Akkord” Şirkətlər Qrupunun sabiq Baş prokuror Zakir Qaralova məxsus olması haqda illlərdir ölkə mətbuatında yazılar yer alır. Hətta Baş Prokurorluğun “Akkord”un baş ofisi kimi fəaliyyət göstərməsi də yazılanlar arasındadır.Criminal.az xəbər verir ki, Z.Qaralov istefaya göndərildikdən sonra “Akkord” və ona məxsus “Uğur-2” yaşayış komplekslərində yeni oyunlar başlanıb. Sakinlər qanuna müvafiq olaraq Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini (MMMC) yaradıb idarə etmək istəsələr də, Z.Qaralovun ətrafı buna mane olur. Biz iddia etmirik ki, Z.Qaralovun bu məsələlərdən xəbəri var. Lakin bu günə qədər həmin komplesdə “Akkord”un törəmə şirkəti olan “Continental” fəaliyyət göstərib, sakinlərdən kommunal yığımı həyata keçirib. Hesab edirik ki, illərdir sakinlərin qəzəb və narazılığını qazanmış bu şirkətin fəaliyyəti araşdırımladıır. Qaralovun postdan getməsindən sonra “Uğur-2” kompleksində sakinlərin aldadılmasının yeni mərhələsinə start verilib. Yaşayış komplekslərinin Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin təsis edilməsi ilə idarə olunacağı təhlükəsini, böyük pulların əldən çıxacağını hiss edən Zakir Qaralovun yaxın adamları qiyafəsini dəyişməyə başlayıb. 

Törəmə “Continental” şirkəti sakinlərin narazılıqlarına baxmayaraq kommunal yığımı həyata keçirmək və korrupsiya əməlləri davam etdirmək üçün formal olaraq Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaratmaq üçün işə keçib. Bu məqsədlə sakinlərə ağlagəlməz hiylə işlədiblər. Sakinlərə mənzillərinə dövlət reysterindən çıxarış (kupça) alınması üçün sənədlərini toplayıblar. Onlara bildirilib ki, kupça üçün sənədlər toplanır və Əmlak Komitəsinə təqdim olunacaq. Bu yolla MMMC-ni yaratmaq üçün guya vətədaşların razılığını alıblar. Sakinlər aldadıqlarından xəbərsiz bu gün və ya sabah kupça alacaqlarını səbrsiliklə gözləyirlər.Hesab edirik ki, vətəndaşlara özlərinin istəklərinə uyğun idadəretmək üçün şirkət seçmək hüququna hörmətlə yanaşılmalı, “Akkord” və onun törəmə şirkətinin üzvlərinin qanunsuzlara son qoyulmalıdır.Sakinlər Criminal.az vasitəsilə Vergilər Nazirliyinin “Continental” şirkətinin fəaliyyətinin yoxlanılmasını xahiş etdilər.  

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …