Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Məhkəmə Mübariz İbrahimovu təhqir edən “psixoloq” haqda qərar verdi – Küçə süpürəcək

Məhkəmə Mübariz İbrahimovu təhqir edən “psixoloq” haqda qərar verdi – Küçə süpürəcək

Mübariz İbrahimovu təhqir edən psixoloqun şikayəti təmin edilmədi…

Bakı Apellyasiya Məhkəməsində psixoloq Nərmin Şahmarzadənin barəsində olan qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Oxu.Az xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Şahmarzadənin şikayəti təmin edilməyib. Xətai Rayon Məhkəməsinin qərarına əsasən, o, Xətai rayonu ərazisində küçə süpürəcək. N.Şahmarzadə 400 saat ictimai işlər cəzası alıb.

İttihama görə, N.Şahmarzadə “Facebook” profilində Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edib. Daha sonra M.İbrahimovun anası Şamama İbrahimova psixoloqu xüsusi ittiham qaydasında məhkəməyə verib, onun cəzalanmasını istəyib.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri M.İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Tərtər rayonu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …