Son vaxtlar Abşeron rayonunda baş verən qanunsuzluqlar haqda mətbuatda
ardıcıl yazılar dərc olunur. Əslində bu rayonda baş verənlər digər
rayonlardan fərqlənmir. Amma bəzi məlumatlarda yer alan bir məqam
ölkənin yeganə xanım icra başçısı İradə Gülməmmədovanı digər
həmkarlarından fərqləndirir. Bu da xanım başçının qardaşının adının
dəfələrlə bir çox qalmaqallarda adının hallanmasıdır. Bununla bağlı
cumhuriyyet.az olaraq mediada yer alan və rəsmən təkzib olunmayan bəzi
məlumatları diqqətinizə çatdırırıq.
İcra başçısının qardaşı Rövşən Quliyev kimdir?
İlk olaraq onu bildirək ki, İ.Gülməmmədovanın qardaşı Rövşın Quliyev özü
Qarabağ döyüşlərinin iştirakçısı, qazidir. O, Şəhid, Əlil və Veteranlar
Birliyinin təsisçisidir. Bundan başqa, Qarabağ döyüşçüləri – veteran və
əlillərin, hərbiçilərin iştirak edə biləcəyi amputant futbol komandası
yaradıb. Müxəlif yarışlarda iştirak edirlər. Bu yarışın keçirildiyi
ünvan da Abşeron rayonunda yerləşən Olimpiya İdman Kompleksidir. Eyni
zamanda cumhuriyyet.az R.Quliyevin iş adamı olmasını göstərən bəzi
məlumatlar da əldə edib. Məsələn 2005-ci ildə təziz olunan “İRS Mobil”
çirkəti ona məxsusdur. Rövşən Quliyevin adının keçdiyi ikinci müəssisə
isə “Nigar-Q.S” MMC-dir (VÖEN: 1901059821). Rövşən Quliyevin iki
qızından birinin adı da Nigardır. Onun həyat yoldaşı Quliyeva Aynurə,
qızı Quluzadə Nigar və oğlu Quliyev Raufa qarşı məhkəmə çəkişməsi var.
Məhkəmə qərarı onların xeyrinədir. 2010-cu ildə qeydiyyata alınan
“Nigar-Q.S” MMC-nin hüquqi nümayəndəsi Rövşən Quliyev, təsisçisi isə
Akif Quliyevdir.
Bacısı ilə əlbir olub vətəndaşları aldatdı və…
Amma icra başçısının qardaşı yalnız futbol klubu və iş adamı kimi
gündəmə gəlməyib. Zaman-zaman Abşeron sakinləri R.Quliyevin öz mənafeyi
naminə vətəndaşların hüquqlarını pozması ilə bağlı şikayətçi olublar.
Yerli mediada səslənən belə faktlardan biri ilə bağlı cumhuriyyet.az
olaraq xatırladaq ki, Xırdalan şəhərinin 27 və 28-ci məhəllələrində
sakinlərə məxsus qarajlar sökülərkən onlara heç bir kompensasiya
ödənilməyib. Həmin vaxt müxtəlif dövlət orqanlarına şikayətlər etsələr
də, heç bir nəticəsi olmayıb.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ərazini
Prezidentin tapşırığı ilə boşaltdığını bildirib, deyib ki, sökülən
qarajların yerində sakinlərin istirahət etməsi üçün kiçik parklar,
yaşıllıqlar salınacaq. Bundan sonra qarajı sökülən sakinlər
sakitləşiblər və şikayətlərini dayandırıblar. Lakin bir qədər sonra
ərazidə park, yaşıllıq salmaq əvəzinə oranı müxtəlif şəxslərə satmağa,
fərdi evlər və obyektlər tikməyə başlayıblar.
Bu işlərə isə, bir başqası yox, elə icra başçısı İradə Gülməmmədovanın
qardaşı Rövşən Quliyev rəhbərlik edib. Qarajların bəzilərinin yerində
evlər, bəzilərinin yerində isə iaşə obyektləri inşa olunaraq icarəyə
verilib, bu zaman isə xeyli sayda ağac məhv olunub.
Xanım başçının qardaşı yolu bağlayıb “navastroyka” tikdirir?
İcra başçısının qardaşı Rövşən Quliyevin adı hallanan son qalmaqal isə
daha ilgincdir. Belə ki, cumhuriyyet.az ölkə mediasında yer alan
məlumatlara istinadən bildirir ki, R.Quliyev Xirdalan qəsəbəsi H.Əliyev
küçəsindən ayrılan dalanı M.Ə.Rəsulzadə küçəsi ilə birləşdirən yolun düz
ortasında yeni “novostroyka” tikdirir. Bu tikinti nəticəsində isə yolu
bağlayaraq, ancaq insanların keçməyi üçün balaca cığır qoyublar. Heç
kimdə danışa bilməz, çünki tikinti başçının qardaşı Rövşən Quliyevin
himayə və şərikliyindədir. Qalmaqallı bunaya da Xırdalanda “icranın
binası” deyirlər. Ətarafında dövlət müəsisələri var, bir tərəfində demək
olar ki, bitişik 2 mərtəbə bina o biri tərəfində isə Veteran və qazi
təşkilatlarının yerləşdiyi 1 mərtəbəli evlər çıxışdırılıb. Bu bina isə
heç bir təhlükəsizlik qaydalarına riayət edilmədən tikilir. Ərazidə
yaşayan bir sakinin dediklərini cumhuriyyet.az olaraq olduğu kimi
diqqətinizə çatdırırıq: “Bu yolun hələ adı yoxdur, “Vedili” kafesindən
düz gedsən aşağıda 3 “novostroyka” var və dalan qurtarır. Burdan isə
sağa dönüb çıxırdın Rəsulzadə küçəsinə. Çıxırdın, indi çıxa bilməzsən,
çünki düz yolun ortasında bina tikirlər. Bütün qanunlara tüpürərək. Heç
kimdədə qorxmurlar, heç kimidə saya salmırlar. Biz öz həyətimizdə 1 daş
qoysaq o dəqiqə başımızın üstünü kəsdirirlər, amma özləri dövlətin
torağında yerləşən xalqın yolunu kəsib bina tikirlər heç “uf” da
demirlər. Bütün bu tikinti qanunsuzluqlarına başçının qardaşı Rövşən
rəhbərlik edir!Bir iki dəfə gəlib bura, deyilənə görə ya özü tikir yada
şərikdir.. Belədə bu boyda qanunsuzluq onların barmağı olmasa olada
bilməz axı…
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Ana səhifə / Aktual / İradə Gülməmmədovanın qardaşı Xırdalanda “at oynadır”: yolu bağlayıb “navastroyka” tikirlər – FOTOLAR
Həmçinin oxuyun
Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR
Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …