Ana səhifə / Aktual / Bakıdakı uşaq bağçalarında çatışmazlıqlar aşkarlanıb

Bakıdakı uşaq bağçalarında çatışmazlıqlar aşkarlanıb

Bakıdakı uşaq bağçalarında bir sıra çatışmazlıqlar aşkarlanıb.

APA-nın xəbərinə görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətində paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə keçirilən seminar-müşavirədə bildirilib.

İclasda Qida Təhlükəsizliyi Agentliyi ilə məktəbəqədər təhsil müəssisələrində birgə aparılmış manitorinqlərin nəticələri müzakirə edilib, bu sahədə vəziyyət ötən illərə nisbətən daha qənaətbəxş olduğu bildirilib. Bununla belə yoxlamalar zamanı bəzi çatışmazlıqlar aşkar edilib və onların aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verilib.

Əlavə olaraq, bağçalarda təlim-tərbiyə prossesini əhatə edən yeni innovasion layihələr və yeniliklər də hazırlandığı bildirilib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …