Şənbə , Aprel 27 2024
Ana səhifə / “İlk dəfə fahişə obrazını mən oynamışam” – Mehriban Xanlarova

“İlk dəfə fahişə obrazını mən oynamışam” – Mehriban Xanlarova

“Azərbaycanda ilk dəfə filmdə fahişə obrazını mən oynamışam”.
Bunu açıqlamasında əməkdar artist, aktrisa Mehriban Xanlarova deyib.
Aktrisa bu gün də filmin dramaturji həlli tələb etdiyi halda belə obraz yaradacığını bildirib.
Amma bir şərtlə: “Azərbaycanda aktrisaya o qədər qonorar verilmir ki, erotik filmə çəkilsin, el qınağını da üzərinə götürsün. Nəinki soyunmaq, beş dəqiqə öpüşə görə, məni yuyub-sərəcəklər. Bizim insanlar xarici filmlərə həvəslə baxırlar, demirəm seks səhnələri, adi sevişmə səhnələrini göstərəndə normal qəbul edirlər. Amma onu azərbaycanlı aktyor edəndə, vay dədəm vay, ağızlarını açıb, gözlərini yumurlar.
Mən “Sahilsiz gecə” filminə çəkiləndə 15 yaşlı gənc fahişə qız obrazını oynamışam. Filmdə açıq-saçıq səhnələr yoxdur. Amma bunu sözlərlə ifadə edirəm. Orada bir kadr var, oğlanın bacısına deyirəm ki, get qardaşına de, ki mən fahişəyəm. Filmdən sonra hamı başladı mənə namus dərsi keçməyə. Dəstə yığıb, filmin rejissoru Şahmar Ələkbərovun üstünə getdilər.
Xəbər çıxdı ki, guya məni döyüblər. Amma heç kim məni döyə bilməzdi. Sözümün canı budur ki, həmin filmə görə Pribaltikada mənə mükafat verdilər, dedilər nə gözəl oynamısan. Amma Azərbaycanda məni daş-qalaq elədilər. Mən peşəkar aktrisayam, istədiyim qonorarın müqabilində açıq-saçıq səhnələrə çəkilərəm”./publika.az/

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …

Bir cavab yazın