Ana səhifə / Aktual / İLHAM ƏLİYEVİN TARİXİ MİSSİYASI

İLHAM ƏLİYEVİN TARİXİ MİSSİYASI

2003-cü ildə 44 yaşında Azərbaycanın 4-cü prezidenti seçilən İlham Əliyev keçmiş Sovetlər İttifaqında və dünyada məşhur olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) ali təhsil alıb. 1985-ci ildə tarix üzrə fəlsəfə doktoru, daha sonra siyasi elmlər doktoru alimlik dərəcələri alıb.

İlham Əliyevin ən böyük müəllimi Heydər Əliyev olub!

İlham Əliyevin ən böyük müəllimi dünya siyasətinin zirvəsində olan, Sovet Azərbaycanının və müstəqil Azərbaycan dövlətinin tarixinin yaranmasında mühüm rol oynayan və bütün zamanların hakimiyyət ustası Heydər Əliyev olub.

İlham Əliyev dünya siyasətinin sirrlərini “Heydər Əliyev Universiteti”ndə öyrənib!

İlham Əliyevin təhsil aldığı ən böyük universitet “Heydər Əliyev Universiteti” olub.

İlham Əliyev təhsil aldığı “Heydər Əliyev Universitetində” Sovetlər İttifaqının və dünyanın bütün böyük siyasətçiləri və dövlət xadimləri ilə tanış olub.

Yəni İlham Əliyevin bu universitetdə müəllimi təkcə Heydər Əliyev olmayıb. “Heydər Əliyev Universiteti”ndə tanış olduğu, görüşdüyü dünyanın digər nəhəng siyasətciləri və dövlət xadimləri də İlham Əliyevin müəllimi olublar.

İlham Əliyev Azərbaycanın bütün siyasətçilərinin və dövlət adamlarının kitablardan oxuduqlarını Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda oxyarkən daha yüksək səviyyədə öyrənib.

İlham Əliyev Azərbaycanın bütün siyasətçilərindən fərqli olaraq dünya siyasətinin incə sirrlərini “Heydər Əliyev Universitetində” oyrənib.

İlham Əliyevi Azərbaycanın liderliyinə hazırlayan”Heydər Əliyev Universiteti” oldu!

Hər bir insanın həyatında onun oxuduğu təhsil müəssisəsinin böyük rolu var. İlham Əliyevin təhsil aldığı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun yaşı 70-dən çoxdur. Bu institutun əsas vəzifəsi siyasi ekspertlər hazırlamaqdı. MDBMİ-ni 100 minlərlə insan bitirsə də onlardan yalnız İlham Əliyev prezident ola bilib. Yəni İlham Əliyevin prezident olmasının başlıca səbəbi onun MDBMİ-dən daha böyük təhsil müəssisəsində-“Heydər Əliyev Universitetində” oxuması olub. İlham Əliyevi prezidentliyə- xalqın lideri olmağa hazırlayan “Heydər Əliyev Universiteti” oldu!

İlham Əliyevin tarixi missiyası nədir?

1994-2003-cü illərdə Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti, 1997-ci ildən indiyədək Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, 2001-2003-cü illərdə Azərbaycan Milli Məclisinin Avropa Şurasındakı Parlament nümayəndə heyətinin sədri, Azərbaycanın Baş Naziri, 2003-cü ildən bu günədək Azərbaycan Respublikasının Prezidenti olan İlham Əliyevin tarixi missiyası nədir?

Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrlə bu günümüz arasında 32-46 il, Naxçıvana rəhbərlik etdiyi dövrlə bu günümüz arasında 22-24 il, müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrlə bu günümüz arasında 12-22 illik zamanlar fərqi var.

İlham Əliyev “Heydər Əliyev Universiteti”nin məzunu olduğuna və onun ən böyük müəllimi Heydər Əliyev olduğuna görə Heydər Əliyevin tarixi missiyalarının böyük bir hissəsi həm də İlham Əliyevin tarixi missiyalarıdır. Amma bu missiyaların tərkib hissələrində zamana görə bəzi dəyişikliklər olub, həm də yeni missiyalar yaranıb.

1. İlham Əliyevin xalqın ən böyük xidmətçisi olmaq missiyası

İlham Əliyev xalqın ən böyük xidmətçisi olduğunu dəfələrlə bəyan edib.

İlham Əliyev xalqın xidmətçisi olduğundan qürur duyduğunu deyib.

İlham Əliyev məmurların hamısını xalqın xidmətçisi olmağa çağırıb.

İlham Əliyev xalqın ən böyük xidmətçisi olduğunu öz işi ilə sübut edib.

2. İlham Əliyevin quruculuq missiyası

Araşdırmalarımız göstərir ki, Heydər Əliyev kimi İlham Əliyev də quruculuq missiyasının daşıyıcısıdır. Heydər Əliyevdən fərqli olaraq İlham Əliyevin quruculuq missiyasının tərkib hissələri müasir dövrün tələblərinə uyğundur. İlham Əliyevin quruculuq missiyasını bir cümlə ilə belə xarakterizə etmək olar. İlham Əliyev çoxpilləli və çoxşaxəli iqtisadiyyatımızı yaradır.

İlham Əliyevin quruculuq missiyasının tərkib hissələri aşağıdakılardır:

İlham Əliyev faydalı iş əmsalı aşağı olan energetika güclərini faydalı iş əmsalları yüksək olan və ekoloji cəhətdən təmiz energetika qurğuları ilə əvəzləyir.

İlham Əliyev əsası Heydər Əliyev tərəfindən qoyulan İpək Yolunu və digər yollarımızı yaradır.

İlham Əliyev Azərbaycanın regionlarını inkişaf etdirir!

İlham Əliyev Azərbaycanı Turizm olkəsinə çevirir!

İlham Əliyev qaçqınları və məcburi köçkünləri mənzillə təmin etdi!

İlham Əliyev sənayenin inkişafı üçün mümkün olan hər şeyi edir!

İlham Əliyev keçən ili sənaye ili elan etdi.

İlham Əliyev bu ili kənd təsərrüfatı ili elan edib.

İlham Əliyev Heydər Əliyevin yaratdığı özülün üzərində iqtisadiyyatımızın həmən sahələrinin inkişaf etmiş formalarını və fərqli sahələrini-yəni pillələrini yaradır.

İlham Əliyev iqtisadiyyatımızın özülündən yaranan kapital hesabına iqtisadiyyatımızın digər yeni sahələrinin özüllərini də yaradır.

Yuxarıda deyilənlərin analizi göstərir ki, İlham Əliyev çoxpilləli və çoxşaxəli Azərbaycan iqtisadiyyatını yaradır.

İlham Əliyev çoxpilləli və çoxşaxəli iqtisadiyyatı yaradarkən maksimum dərəcədə Azərbaycanın öz imkanlarından istifadə etməyə üstünlük verir.

Qeyd etməliyəm ki, qoyulmuş özüllər və onların bəzilərinin üzərində yaradılmış pillələr gah nizamlı, gah da pərakəndə formada olsalar da, onların gələcəkdə yaranacaq böyük iqtisadiyyatın çoxpilləli və coxsahəli nizamlı şaxələri olacağı indidən görünür.

İlham Əliyev quruculuq missiyasını böyük qətiyyətlə həyata keçirir və bu missiyanın həyata keçməsinə mane ola bilən, bu sahədə səriştəsizlik və lənğlik göstərən məmurları bağışlamayacağını da vaxtaşırı bəyan edir.

3. İlham Əliyevin xilaskarlıq missiyası

Bu missiya da Heydər Əliyevin missiyası ilə eyniadlıdır. Heydər Əliyev blokada şəraitində olan Naxçıvanı işğaldan, Azərbaycanı 3 yerə parçalanmaqdan və dövlət çevrilişlərindən xilas etdi.

İlham Əliyevin isə xilaskarlıq missiyasının tərkib hissələri ağağıdakılardır:

a) İlham Əliyev əmin amanlıq yaradır.

b) İlham Əliyev Azərbaycanın müdafiə sənayesini yaradır.

c) İlham Əliyev Azərbaycan ordusunu regionun ən güclü ordularındam birinə çevirir.

4. İlham Əliyevin liderlik missiyası

İlham Əliyev müasir böyük liderdir. Onun liderliyi “Heydər Əliyev Universiteti”nin məzunu olmasından, müasir siyasi, iqtisadi və diplomatik biliyindən yaranıb.

Heydər Əliyevin hakimiyyətdə olduğu illərdən xeyli zamanlar keçdiyindən dünyada, qərb dünyasında, Afrika və Asiyada sonuncu illər ərzində çoxsaylı dəyişikliklər oldu. Dünyaya demokratiya gətirdiklərini iddia edənlər demokratiya və ədalət anlayışlarını ayaqlar altına atdılar. Amerika Birləşmiş Ştatlarının, Avropa Birliyi ölklərinin Afrika və Asiya ölklərini demokratikləşdirmə adıyla bombardaman etməsi, bu ölkləri qan çanağında boğması boğazdan yuxarı bəyan edilən demokratiya və ədalət anlayışlarına nifrət yaradıb.

Bu gün dünyada vəziyyət Heydər Əliyev dövründən fərqlidir

ABŞ-ın, digər koalisiya qüvvələrinin “demokratiya bombardmanları” nəticəsində Liviya, Suriya, Misir, İraq və s ölkələrdə terror tüğyan edir. “Demokratiya bombardmanları”nın və terrorun qorxusundan Avropa ölkələrinə 10 minlərlə miqrantlar gəlirlər. Demokratikləşmə adıyla Kaddafiyə, Hüsnü Mübarəkə, Bəşər Əsədə qarşı vuruşanlar özlərinin əmin-amanlıqda yaşayan olkələrini “demokratiya bombardmanları”na və terrora qurban veriblər.

Bu gün Azərbaycanı da bu yola sürükləmək istəyirlər.

5. İlham Əliyevin Azərbaycanın müstəqilliyini qorumaq missiyası

İlham Əliyevin “demokratiya bombardmanları” və terror zəmanəsində Azərbaycanda əmin-amanlıq yaratması onun böyük liderliyinin mühüm göstəricisi hesab oluna bilər.

Bu gün İlham Əliyevin daxili sabitliyi qoruması Azərbaycanın müstəqilliyini qorumaq missiyasından yaranır.

İlham Əliyev xarici təzyiqlərə qarşı beynəlxalq qanunlara istinad etməklə sərt cavablar verir.

İlham Əliyev Azərbaycanın xarici siyasətini, regional və qlobal birliklərlə əməkdaşlıq siyasətini Azərbaycanın müstəqilliyini qorumaq missiyası əsasında həyata keçirir.

Azərbaycanın müstəqilliyini qorumaq missiyasını qətiyyətlə həyata keçirən İlham Əliyev heç kimin və heç bir dövlətin Azərbaycanın daxili işlərinə qarışmasına imkan vermir.

6. İlham Əliyevin qarşısında duran rifah yaratma missiyası

Ölkələrin rifahı, iqtisadi inkişafla birbaşa bağlı olsa da, insan inkişafı indeksi bilavasitə təhsilin səviyyəsindən, səhiyyənin səviyyəsindən(bura uzunömürlülük də daxildir) və əhalinin real pul gəlirlərindən asılıdır. Yəni ola bilər ki, ölkə yüksək səviyyədə inkişaf etsin, iqtisadi göstəricilər çox yüksək olsun, amma ölkədə təhsilin səviyyəsi aşağı olsun, səhiyyənin vəziyyəti qənaətbəxş olmasın, əhalinin real pul gəlirləri az olsun.

İlham Əliyev çox hiumanist bir insan olduğundan əminəm ki, onun həyata keçirdiyi quruculuq missiyası Prezidentimizin qarşısında duran rifah yaratma missiyasının da həyata keçməsinə imkan yaradacaq.

Prof.Dr. Qüdrət İsaqov

Həmçinin oxuyun

“Üstümə sönməmiş siqaret atdılar, məni müdafiə edənləri döydülər” – Nərmin Şahmarzadə

“Mübariz İbrahimov barədə statusuma görə mənə qarşı kampaniya başladılandan sonra təhsil aldığım Bakı Dövlət Universitetində …

Bir cavab yazın