Şənbə , Aprel 27 2024
Ana səhifə / İlhamə Quliyeva jurnalistlərlə əlaqələrini kəsdi

İlhamə Quliyeva jurnalistlərlə əlaqələrini kəsdi

Adı son vaxtlar qalmaqallarda hallanan müğənni İlhamə Quliyeva gözlənilməz qərar verib.

Primetime.az xəbər verir ki, müğənni məbuatla olan əlaqəsini dondurmağa qərar verib.

İlhamə Quliyeva deyib ki, bir müddət jurnalistlərlə nə görüşəcək, nə də onlara açıqlama verəcək. Görünür, gündəmin əsas mövzusuna çevrilən müğənni bu addımı ilə yaşanan qalmaqallara son qoymaq niyyətindədir.

Qeyd edək ki, müğənninin həbsxanada olan köməkçisi Mehriban Hüseynova mətbuata ünvanladığı məktubunda İlhamə Quliyevaya qarşı bir çox ittihamlar irəli sürüb.

Mehribanın məktubundan sonra Flora Kərimova, Aygün Kazımova və Elza Seyidcahan da İlhamə Quliyevaya qarşı əks-cəbhədə yer alıblar.

Hətta Elza primetime.az saytına verdiyi açıqlamasında Mehriban Hüseynovanın lehinə məhkəmədə şahidlik edəcəyini də açıqlayıb.

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …

Bir cavab yazın