Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual /  İKİ OĞLAN UŞAĞI  8 NƏFƏR TƏRƏFİNDƏN ZORLANAN ATA : “cinayətdə əli olanların hamısı məsuliyyətə cəlb edilməyib”

 İKİ OĞLAN UŞAĞI  8 NƏFƏR TƏRƏFİNDƏN ZORLANAN ATA : “cinayətdə əli olanların hamısı məsuliyyətə cəlb edilməyib”

Samux rayon sakini O.V.R (ad cinayətin mahiyyətinə görə konspirativ saxlanılır – Azinforum.az) hüquq-mühafizə orqanlarına etdiyi sensasion müraciətin bir nüsxəsini də Azinforum.az saytına ünvanlayıb. Şikayətçi bildirir ki, 2015-ci ilin may-iyun aylarında onun  iki azyaşlı oğlan uşağı Samux rayonunun Kəsəmən kəndində 8 nəfər pedofil tərəfindən zorlanıb:

“Təəssüflər olsun ki, bu iyrənc cinayəti törədənlərdən yalnız iki nəfər – Həsənov Murad Həsən oğlu və Bağırov Sənan Nəsrəddin oğlu  cinayət məsulıyyətinə cəlb edilərək, onlar barəsində həbs qətimkan tədbiri seçilib. Lakin əsas şübhəli şəxslər: Məmmədov Pərviz İslam oğlu, Həsənov Zəfər Elman oğlu, Vəliyev Bəhrəm Cəmişid oğlu,  Vəliyev Şəfa Şöhrət oğlu, Əhmədov Şükran Fuad oğlu və Vəliyev Avey Rəşid oğlu cinayət məsuliyyətindən kənarda qalıblar.  Həmin şəxslərin hamısını mən danışdırmışam. Onlar mənim övladlarımla zorla cinsi əlaqədə olduqlarını etiraf ediblər. Lakin Samux rayon Polis Şöbəsinin müstəntiqi İlqar Qəmbərovun onları öyrətməsindən sonra onlar polisdə fərqli izahatlar veriblər. Müstəntiqin əməllərindən etdiyim çoxsaylı şikayətlərdən sonra, cinayət işi İlqar Qəmbərovdan alınaraq Daxili İşlər Nazirliyinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin baş müstəntiqi Nazim Səmədova verilib. Təəssüflər olsun ki, hələ də cinayətdə əli olanların hamısı məsuliyyətə cəlb edilməyib”.

Şikayətçi Azinforum.az saytı vasitəsilə  əlaqədar qurumlardan xahiş edir ki, cinayət işinin ədalətli aparılmasını öz nəzarətlərinə götürsünlər.

Adları çəkilən şəxslərin hər birinin mövqeyini dinləməyə hazırıq.

Çinarə SEYİDOVA

Azinforum.az

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın