Bazar , Noyabr 29 2020
Ana səhifə / Aktual / İdman arenalarının yaxınlığına yalnız “London taksiləri” gedə biləcək

İdman arenalarının yaxınlığına yalnız “London taksiləri” gedə biləcək

“Bəzən sürücülərin günahından problemlər yaranır”.

Azərbaycan Bakı-2015 Avropa Oyunları zamanı Avropa standartlarına uyğun olaraq qonaqları qarşılayacaq. Biz öz fəaliyyətimizlə avropalıları təəccübləndirəcəyik.

Azinforum.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu sözləri Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov “Günə Baxan” verilişində deyib.

O bildirib ki, Bakıda minlərlə küçə var və aidiyyatı orqanlar üzərinə düşən öhdəlikləri yerinə yetirərək şəhər yollarındakı problemləri aradan qaldıracaq:

“Bəzən sürücülərin günahından problemlər yaranır. Piyadalar və sürücülər üzərinə düşəni etməlidir ki, şəhər nəqliyyatında problemlər yaranmasın. Avropa Oyunları zamanı yollarda ciddi nəzarət olunacaq və sərt cərimələr tətbiq olunacaq. Məsələn, “parkinq yoxdur” xidməti göstəriləcək. Belə olan halda vətəndaş avtomobilini həmin ərazilərdə saxlaya bilməyəcək. Biletlə yarış izləməyə gələn vətəndaş “park et və get” nişanı olan yerdən idman obyektinə ictimai nəqliyyatla gedəcək”.

Nazirlik rəsmisi qeyd edib ki, taksilərə də ciddi nəzarət olunacaq. N.Həsənovun sözlərinə görə, taksilər idman arenalarına yaxın yerlərə gedə bilməyəcək: “Biz bunun üçün lazımi işlər görəcəyik. Yalnız “London taksiləri” yaxud oyunlar üçün xüsusi hazırlanan “Lifan” maşınları bu xidməti göstərə biləcək”.

O, qeyd edib ki, bu günlərdə bir milyon insana biz xidmət göstəriləcək.

 

 

Həmçinin oxuyun

Şuşa ətrafında əsgərlərimiz, yoldan keçən ermənilər, yüksək səslə Azərbaycan milli musiqisi…

Noyabrın 25-də Kəlbəcər işğaldan azad edildi və Azərbaycanın nəzarətiə qaytarıldı. Beləliklə, Dağlıq Qarabağ ermənilərini Ermənistanla …

Bir cavab yazın