Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Harın sürücü polisin poqonunu cırdı

Harın sürücü polisin poqonunu cırdı

Bakıda tədris ilinin ilk günündə məktəb binasının qarşısında polis paqonlarından məhrum olub.

Bu barədə vesti.az-a Suraxanı Rayon Polis İdarəsindən bildiriblər.

Əldə edilən məlumata əsasən, xoşagəlməz hadisə Yeni Günəşli qəsəbəsində 282 saylı məktəbin binasının qarşısında səhər saat 8.00-da baş verib.

Məlum olduğu kimi, “Hyunday Azera” markalı avtomobilin sürücüsü 1993-cü il təvəllüdlü Qoşqar Xuduzadə maşını icazə olmayan yerdə park edib.

Xidməti borcu ilə əlaqədar həmin ərazidə olan Suraxanı RPİ 33-cü polis bölməsinin baş leytenantı, 1989-cu il təvəllüldü Anar Güləliyev və çevik reaksiya alayının çavuşu 1986-cı il təvəllüdlü Adil Novruzov sürücüyə xəbərdarlıq ediblər və ona maşını park etdiyi yerdən kənara çəkməyi xahiş ediblər.

Amma Xuduzadə polislərin qanuni tələbini yerinə yetirmək əvəzinə onlarla dava etməyə başlayıb. Novruzova yumruq atan Xuduzadə onun paqonlarını cırıb.

Fakt üzrə araşdırma aparılır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın