Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Zahid Orucla Gövhər Baxşəliyeva seçkidə yerdəyişmə etdilər

Zahid Orucla Gövhər Baxşəliyeva seçkidə yerdəyişmə etdilər

Milli Məclisin hazırki iki bitərəf deputatı yenidən parlament üzvlüyünə namizədliklərini irəli sürüblər. Maraqlıdır ki, onlar bir-birləri ilə yerlərini dəyişiblər.

94 saylı Bərdə kənd seçki dairəsinin deputatı Gövhər Baxşəliyeva
bu seçkilərdə 93 saylı Bərdə seçki dairəsindən namizəd olacaq. Bu haqda Modern.az saytına onun özü məlumat verib.

93 saylı Bərdə şəhər seçki dairəsinin deputatı Zahid Oruc bu gün öz namizədliyini irəli sürəcək:

“Bərdə rayonun bütün guşələri bizim üçün doğmadır. Deputatlıq fəaliyyətim müddətində dairə fərqi qoymadan bütün Bərdə əhlinə xidmət göstərməyə çalışmışıq. Yeni Azərbaycan Partiyasının da hər zaman siyasi dəstəyi üzərimizdə olub. Bu dəfə 94 saylı Bərdə kənd seçki dairəsindən namizədliyimi verəcəyəm”.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası 94 saylı Bərdə kənd seçki dairəsindənXəlilov Sadiq Vaqif oğlunun namizədliyini irəli sürüb. YAP 93 saylı dairədən namizəd göstərməyib.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın