Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Həbsdə olan Əziz Orucovun məhkəməsi başlayır

Həbsdə olan Əziz Orucovun məhkəməsi başlayır

“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun məhkəməsinin vaxtı bilinib. Onun cinayət işi üzrə məhkəmənin hakimi açıqlanıb.
Musavat.com xəbər verir ki, həbsdə olan jurnalistin vəkili Cavad Cavadovun sözlərinə görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin icraatına verilib.
Məhkəmə iclası sentyabrın 27-də baş tutacaq.
Qeyd edək ki, Ə.Orucov bu il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb.
İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində onun haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın