Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Erməni nazirin «müjdəsi»: hansı rayonlar qaytarılır? (ŞƏRH)

Erməni nazirin «müjdəsi»: hansı rayonlar qaytarılır? (ŞƏRH)

Dünən Ermənistanın xarici işlər naziri Edvar Nalbandyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar çərçivəsində işğal altında olan ərazilərin Azərbaycana qaytarılmasından danışıb.
\”Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik baxımından, nə də inkişaf nöqteyi-nəzərindən təhlükə yaratmır. Digər təfərrüatları açıqlasam, danışıqlar irəliləməz\”, – deyə erməni nazir bildirib.
Bu, işğal altında olan torpaqların qaytarılmasında yeni bir mərhələnin başlanğıcı ola bilərmi?
Məsələni \”Qaynarinfo\”ya şərh edən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bunun yeni bir şey olmadığını və Azərbaycan ictimaiyyətini bu xəbərlə ümidləndirməyin əleyhinə olduğunu söyləyib:

\”Mən hazırda bizim sosial şəbəkələri izləyirəm və bundan sensasiya yaratmağın əleyhinəyəm. Onsuz da münaqişənin həllinin hansısa mərhələsində Ermənistan qeyd olunan 5 rayonu boşaltmalıdır. Bunu özləri də dəfələrlə dilə gətiriblər. Yəni bu xəbərdə elə də bir yenilik yoxdur. Bizim əsas istəyimiz işğal altında olan bütün rayonlarımızın boşaldılmasıdır. Fikir verirsinizsə, məlumatda \”təhlükə yaratmayan ərazilər\”dən söhbət gedir. Yəni, bu, o deməkdir ki, Şuşa, Laçın və Kəlbəcəri qaytarmaq istəmirlər. Həmin 5 rayonun qaytarılması hesabına da bizdən münaqişənin həllinə yönəlik sənəddə tələb edilir ki, referendum tarixi göstərilsin və onlar rahat şəkildə referendum keçirərək \”müstəqillik\” qazansınlar. Lakin biz buna gedə bilmərik. Yəni, Nalbandyan bu şərtlərin daxilində nəzərdə tutub ki, Ermənistan hansısa əraziləri boşalda bilər. Bu, erməni tərəfinin güzəşti deyil. Sadəcə ola bilər ki, Ermənistan rəsmisi öz ictimaiyyətinə bir mesaj göndərib ki, nə vaxtsa hansısa ərazilər boşaldıla bilər. Bunu da erməni ictimaiyyəti onsuz da bilir. Burada dediyim kimi, yeni bir şey yoxdur və bu xəbərlə Azərbaycan ictimaiyyətini ümidləndirməyin əleyhinəyəm. Yəni, bu, ortaya atılmış yayındırıcı fikirdən başqa bir şey deyil. Onsuz da həmin rayonlar boşaldılmalıdır. Bizi maraqlandıran o rayonlardan başqa, eyni zamanda Şuşa, Laçın və Kəlbəcərdir. Önəmli olan odur ki, Ermənistan tərəfi bu haqda nə düşünür\”.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın