Cümə , Aprel 26 2024
Ana səhifə / “Həyatımda heç kim olmasa da…” – Nigar Camal

“Həyatımda heç kim olmasa da…” – Nigar Camal

“Eurovision-2011” –in qalibi, müğənni Nigar Camal şəxsi həyatından danışıb.

Müğənni həyatında sevdiyi şəxsin olmadığını deyib: “Məni ancaq sevgi depressiyaya sala bilər. Şəxsi həyatımda heç kim olmasa da, özümü xoşbəxt hiss edirəm. İki gözəl qızım böyüyür, valideynlərim yanımdadır. Heç kimi sevmirəm. Ən yaxşısı tək qalmaqdır. Tək olanda əsəblərim pozulmur”.

Müğənni bəyəndiyi kişi tipindən də danışıb: “Mənim üçün kişinin çox yaraşıqlı olması vacib deyil. Əsas odur ki, yaxşı insan olsun. Mənə hörmət etsin və diqqət göstərsin. Ən əsası da dostum olsun. İncəsənət nümayəndəsi ilə nə sevgili olaram, nə də evlənnərəm. Uşaqlıqda Antonio Banderası sevirdim. İndi qocalıb, bəyənmirəm”.

Qeyd edək ki, bir müddət öncə müğənninin yüksək vəzifəli məmurun oğlu ilə sevgili olduğu və sevgilisinin qohumları tərəfindən döyüldüyü barədə xəbərlər yayılmışdı.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın