Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / “Günel Rzadan yaxşı canını qurtarıb”

“Günel Rzadan yaxşı canını qurtarıb”

Türkiyəli aktrisa-aparıcı Berna Laçin ABŞ-da həbsdə olan Rza Zərrabla bağlı tvitterdə paylaşım edib. 

“Qafqazinfo” xəbər verir ki, Berna Türkiyədə yaşayan azərbaycanlı müğənni, iş adamının eks-sevgilisi Günel Zeynalovaya da dəstək olub.

O, sənətçinin vaxtı ilə Rzadan ayrılmasının doğru olduğunu bildirib:

“Ağlıma gəldi, 10 il əvvəl Rza ilə müğənni Günel sevgili idi. Günel tərk edilib, üstəlik 6 ay həbsə məhkum edilmişdi. Hər şeydə bir xeyir var. Yaxşı canını qurtarıb”.

Qeyd edək ki, R. Zərrabla Günel 8 il eşq yaşayıb. Cütlük qalmaqallı bir şəkildə ayrılıb, müğənni iş adamına “Başına silahla vuraram” dediyi üçün 6 ay həbs cəzasına məruz qalmışdı.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …