Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Xəzərdə xarici dövlətlərin hərbi bazaları yerləşdirilməyəcək

Xəzərdə xarici dövlətlərin hərbi bazaları yerləşdirilməyəcək

Xəzəryanı ölkələr Xəzər dənizində xarici dövlətlərin silahlı qüvvələrinin yerləşdirilməməsinə dair razılıq əldə edib.

AzVision.az “İRNA”-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskvada jurnalistlərin suallarını cavablandırarkən bildirib.

XİN rəhbəri qeyd edib ki, xarici işlər nazirlərinin Moskva görüşündə iştirakçılar Astanada Xəzər sammitinin keçirilməsi məsələsini müzakirə edəcəklər.

Zərif vurğulayıb ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya üzrə müzakirələrdə irəliləyiş əldə olunub. Tərəflər 12 sənəd üzrə razılaşıblar: “Müxtəlif sahələrdə razılıq əldə olunub, lakin qeyd etdiyimiz kimi biz konvensiyanın məzmunu üzrə razılığa gəlməliyik”.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …