Cümə , Aprel 26 2024
Ana səhifə / Günay İbrahimli: “Axtarışdayam”

Günay İbrahimli: “Axtarışdayam”

Müğənni Günay İbrahimli yeni yaradıcılıq işlərindən danışıb. İfaçı bildirib ki, yeni mahnısı üçün rejissor axtarışındadır: “Musiqisi Pərviz Mahmudova, sözləri Fərdi Quliyevə məxsus olan “Sürgün” adlı mahnını artıq ifa etmişəm. Çox gözəl bəstədir, dinləyən dostlarımın hamısı bəyənib.

Mahnını Yeni il ərəfəsində təqdim edəcəyəm. Əminəm ki, tamaşaçılar mahnını çox sevəcək. “Sürgün”-ə klip çəkdirməyi düşünürəm. Mahnı sevgidən bəhs edir. Hazırda rejissorlar arasında seçim edirəm. İnanıram ki, yeni işim də uğurlu olacaq və məni insanlara daha da sevdirəcək”. Günay yeni illə bağlı isə plan qurmadığını bildirib: “Yeni ili harada qarşılayacağımı bilmirəm. Ailəm və yaxınlarımla birlikdə olmaq istəyirəm. Hazırda bir neçə şou proqrama təklif var. Yeni il gecəsi konsert verməyimi də istəyirlər. Hələ ki, qərar verməmişəm. Düşünürəm”. (musavat.com )

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın