Ana səhifə / Aktual / Fərhad Əliyevə yüksək vəzifə verildi

Fərhad Əliyevə yüksək vəzifə verildi

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) 3 törəmə şirkətinə yeni direktor təyin edilib.İndiyə qədər “STP Alüminium” və “STP-AH” MMC-lərə rəhbərlik edən parkın keçmiş direktoru Rauf Atakişiyev bu vəzifələrindən də kənarlaşdırılıb, şirkətlərə rəhbərlik müvafiq olaraq Fərhad Əliyevə və Kunuralp Yurterə həvalə olunub.Bundan başqa, “STP Global Cable” MMC-nin direktoru dəyişib. Bu vəzifədə İdris Mustafayevi Əbdürrəhman Güngor əvəz edib.STP-nin 4-cü törəmə şirkəti – “STP Metal Structures” MMC-nin direktoru Fərid Ağayev isə vəzifəsində saxlanılıb.“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) 3 törəmə şirkətinə yeni təyin olunan direktor Fərhad Əliyev sabiq iqtisadi inkişaf naziridir.(Hit.az)

Həmçinin oxuyun

Naxçıvanda 5 MİLYONLUQ YEYİNTİ müəmması… 

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti 2023-cü ildə muxtar respublikada keçirilən bəzi tədbirlərin təşkilatçılığını edib.TNS-ə ötən …