Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / AFFA “Qarabağ”ın cəzasını ləğv etdi, “Neftçi”nin cəzasını azaltdı

AFFA “Qarabağ”ın cəzasını ləğv etdi, “Neftçi”nin cəzasını azaltdı

AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Qurum “Qarabağ” və “Neftçi”nin müraciətinə baxıb.

Hər iki klub tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilib. “Qarabağ” Premyer Liqanın XVI turunun “Sumqayıt”la oyununda 8 nömrəli futbolçusu Uroş Matiçin futbol formasında standartlar pozulmasına görə tətbiq olunan 3000 manat cərimə cəzasından azad olunub. Son ölkə çempionuna bu hala təkrar yol verməməsi ilə bağlı xəbərdarlıq edilib. 

Bakılıların Premyer Liqanın XVIII turunun “Sabah”la oyununda stadionda işıqlandırmasında yaranan problemlərə görə tətbiq olunan cərimənin məbləğini azaldıb. “Neftçi” ev oyununda baş verənlərə görə yüngülləşdirici hallar nəzərə alınmaqla 4000 deyil, 1000 manat ödəyəcək.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …