Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Flora Kərimova yıxıldı – Qabırğası sındı

Flora Kərimova yıxıldı – Qabırğası sındı

Xalq artisti Flora Kərimovanın səhhətində problem yaranıb.

 Azinforum.az ” xəbər verir ki, sənətkar ANS PRESS-ə açıqlamasında, iki gün əvvəl bağ evinin həyətində yıxılaraq qabırğasını əzdiyini bildirib: “Bağda gəzirdim, arxaya doğru addımlamaq istəyəndə ayağım çuxura düşdü. Möhkəm yıxıldım. Sağ tərəfdən ön qabırğam məni bərk incidir; nəfəs alanda ağrı verir, normal hərəkət edə bilmirəm. Əvvəlcə elə bildim, yüngül əzilmişəm, ona görə həkimə müraciət etmədim. Həm də şənbə və istirahət günləri olduğundan özüm müayinəni təxirə saldım. Həkimlə danışmışam, əlamətləri dedim, sınıqdan şübhələndi. Özüm də bilirəm ki, sınıb, çünki çox ağrıdır. İndi xəstəxanaya gedirəm, görək müayinə nə göstərəcək”.

Bu, Flora xanımın ilk sınığı deyil. Canlı korifey bir neçə il əvvəl yıxılaraq onurğa sütununda büzdüm sümüyünü, başqa bir hadisədə isə qolunu sındırmışdı.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın