Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Rauf Arifoğlu deputatlığa namizəd ola bilər- Dairə məlumdur

Rauf Arifoğlu deputatlığa namizəd ola bilər- Dairə məlumdur

“Yeni Müsavat” qəzetinin baş redaktoru və təsisçisi Rauf Arifoğlu doğulduğu Tovuz rayonundan namizədliyini irəli sürə bilər.

 

 Azinforum.az  xəbər verir ki, Baş redaktor Teleqraf.com-a açıqlamasında bildirib ki, o, seçkilərdə iştirakla bağlı qəti qərar verməyib: “Seçkilərdə iştirak etmək niyyətim var, amma hələ qəti qərar verməmişəm. Prosesləri izləyirəm, dairələrə baxıram. Əgər qərar verəsi olsam, bu, bir-iki gün ərzində həll olunacaq məsələdir. Ona görə də Tələsmirəm”.

R.Arifoğlu qeyd edib ki,  namizədliyini vermək istəsə, 106 saylı Tovuz-Ağstafa-Qazax seçki dairəsini seçəcək: “Doğulduğum kənd bu dairədə yerləşir.  Amma seçkilərdə iştirak etməyə də bilərəm. Açığı seçkilərdə iştirakla bağlı böyük iddiam, həvəsim yoxdur”.

Baş redaktor  təbliğat kampaniyası dövründə  müxalifətdən olan namizədlərə “Yeni Müsavat” qəzetinin dəstək verib-verməyəcəyinə də toxunub: “Bəzi dostlara güzəştlər olunacaq. Amma indidən bu barədə heç nə deyə bilmərəm. Məqamı yetişəndə bununla bağlı da qərarımızı verəcəyik”.

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …

Bir cavab yazın