Cümə , Aprel 26 2024
Ana səhifə / Evlilik verilişləri ləğv edilir

Evlilik verilişləri ləğv edilir

Türkiyənin baş naziri Binəli Yıldırımın müavini Numan Kurtulmuş evlilik verilişləri barədə açıqlama verib.

Qafqazinfo” xəbər verir ki, o, izdivac proqramlarının ləğv ediləcəyini söyləyib.

Kurtulmuş verilişlərlə bağlı onlara xeyli şikayətin daxil olduğunu bildirib:

“Bu verilişlər bizim adət-ənənəmizə, mədəniyyətimizə uyğun gəlmir. Zaman –zaman qəbul etmədiyimiz ifadələr işlədilir. Belə evlilik proqramlarının addımlarına görə susurlar. Niyə? Çünki reytinqləri yüksəkdir, sponsorların sayı artıqdır.

Ailə ortamına zidd proqramlar yayımdan qaldırılacaq. Həmin izdivac proqramları ilə bağlı şikayətlər Prezident Admistrasiyasına gəlir. Cəmiyyətin şikayətinə baxılıb və qərar çıxarılıb”.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın