Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Kənan Hacı tapıldı – Yenilənib

Kənan Hacı tapıldı – Yenilənib

Yazar Kənan Hacı bu gün sosial şəbəkədə vida statusu paylaşıb.

“Qafqazinfo”nun məlumatına görə, o, artıq yorulduğunu, günahlarının bağışlanacağına ümid etdiyini qeyd edib. Paylaşımının sonunda isə Hacı “salamat qalın” ifadəsini işlədib.

Yazarın bu statusundan sonra yaxınları, dostları təşvişə düşüb. Onun intihar edəcəyindən narahat olublar.

Millət vəkili Qənirə Paşayeva da hadisə ilə maraqlanıb. Deputat “Qafqazinfo”ya bildirib ki, onun Yasamalda yaşadığı mənzilə gedib. Məlum olub ki, Kənan Hacı yaşadığı evində yoxdur.

Kənan Hacının həyat yoldaşı İlhamə Dağlının millət vəkilinə verdiyə məlumata görə, əri bu səhər Buzovnadakı ata evinə gedəciyini bildirib. Həmin evi isə yoldaşından başqa şəxslər tanımır. Q.Paşayeva İlhamə Dağlı ilə bərabər Buzovnaya gedəcəyini əlavə edib.

***

Qənirə Paşayeva bildirib ki, Kənan Hacı ilə əlaqə saxlamağa müvəffəq olub. Deputatın sözlərinə görə, yazar hazırda şəhərdə, İTV tərəflərdədir:

“Psixoloji olaraq gərgindi. Mən də həyat yoldaşı İlhamə xanımla birgə onunla söhbətləşməyə gedirəm”.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın