Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Ev partladı, 80 yaşlı qadın yanaraq, kül oldu – Tovuzda dəhşət – VİDEO

Ev partladı, 80 yaşlı qadın yanaraq, kül oldu – Tovuzda dəhşət – VİDEO

Bu gün səhər saatlarında Tovuz rayonunun Aşağı Quşçu kəndində yanğın olub. Kənd sakini Quliyeva Roza Qara qızına məxsus 40 kvm-dən ibarət 2 iki otaqlı ev yanaraq külə dönüb. Hadisə zamanı ev sahibi də yanaraq dünyasını dəyişib.
Yanğın baş verən zaman 80 yaşlı Roza Quliyeva evdə tək olub. Səhər saat 7-00 radələrində qızdırıcını işə salmaq istəyib. Bu zaman evdə partlayış baş verib. Bundan sonra yaranan güclü alov nəticəsində birmərtəbəli 2 otaqlı evin konstruksiyaları və əşyaları yanıb.
İlk olaraq hadisə yerinə yaxınlıqda yaşayan qonşular gəliblər. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin Tovuz Rayon şöbəsinin əməkdaşları yanğını söndürə biliblər. Evə bitişik talvar yanğından mühafizə olunub. 1936-cı il təvəllüdlü Quliyeva Roza Qara qızının cəsədi yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Yanğın baş verən əraziyə Tovuz Rayon Polis şöbəsinin, Qaz İsitismar İdarəsinin və rayon Prokurorluğunun əməkdaşları da baxış keçiriblər. Mərhumun meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinin əməkdaşlarına təhvil verilib.
Faktla bağlı aidiyyatı qurumlar araşdırma aparır. (Region TV)

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın