Cümə , Aprel 26 2024
Ana səhifə / Emin Ağalarov “Torqovı”da çıxış edəcək

Emin Ağalarov “Torqovı”da çıxış edəcək

Populyar müğənni və bəstəkar Emin Ağalarov dekabrın 19-da “Nargis” fondunun təşkilatçılığı ilə keçirilən “Soyuq Əllər, İsti Ürək: Mələklər” Yeni il xeyriyyə yarmarkasına qatılacaq.

“Qafqazinfo”-nun verdiyi məlumata görə, saat 20:30-da müğənninin avtoqraf-sessiyası, 21:00-da isə yarmarkanın səhnəsində çıxışı olacaq.

Xatırladaq ki, dekabrın 31-dək davam edəcək “Soyuq əllər, İsti ürək” xeyriyyə yarmarkasından əldə olunan vəsait ənənəyə uyğun olaraq, müalicəyə və əməliyyata ehtiyacı olan uşaqlara sərf ediləcək.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın