Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Eldar Mahmudovun adamına görünməyən jest- VÜSAL ƏLƏKBƏROVUN CƏZASI 5 İLƏ ENDİRİLDİ

Eldar Mahmudovun adamına görünməyən jest- VÜSAL ƏLƏKBƏROVUN CƏZASI 5 İLƏ ENDİRİLDİ

MTN-in İstintaq İdarəsinin sabiq şöbə rəisi Vüsal Ələkbərov haqqında Bakı Hərbi Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Gununsesi.info xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsinin hakim Qədim Babayevin sədrliyi ilə keçən iclasda sabiq MTN polkovnikinin cəzası 12 ildən 5 ilə endirilib. Bu haqda fevralın 28-də Bakı Apellyasiya Məhkəməsində qərar çıxarılıb.
Hökm qalan hissədə dəyişdirilməyib. Mülki iddiaları təmin olunmadığına görə apellyasiya şikayəti vermiş zərərçəkmişlərin şikayəti də təmin olunmayıb.
Vüsal Ələkbərova qarşı zərərçəkmişlərdən Nizami Kazımov 2 milyon dollar, Hüseyn Səfərov 2 milyon dollar, Elşən Mədətov 250 min dollar, Mehrac Qurbanov 200 min dollar, Namil Rzayev 500 min dollar, Müsənnif Salahov isə 600 min manat məbləğində mülki iddia qalıdırmışdı.
Hökmdə bildirilib ki, zərərçəkmişlər həmin məbləğlərdə pulu Vüsal Ələkbərova rüşvət qismində veriblər, buna görədə onların mülki iddiaları təmin oluna bilməz.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …